Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın hazırkı vəziyyətdən istifadə edərək hakimiyyətə qayıdacağı barədə yayılan məlumatı partiyanın mətbuat katibi, keçmiş vitse-spiker Eduard Şarmazanov təkzib edib.
Axar.az xəbər verir ki, o, Ermənistan Respublikaçılar Partiyasının hakimiyyətə qayıtmağa hazırlaşmadığını iddia edib.
Onun sözlərinə görə, partiya ölkənin maraqlarını təmsil edə biləcək hakimiyyəti dəstəkləməyə hazırıq.
Qeyd edək ki, 2018-ci ildə Sərkisyanın hakimiyyəti Paşinyana rahatlıqla ötürməsi haqda məlumat gəzir. İddialara görə, Rusiyanın ərazilərin geri qaytarılması barədə öhdəliyi yerinə yetirməsi barədə Sərkisyana tələbi qarşılığında o, Paşinyana gizli dəstək verib və hakimiyyətdən qəsdən geri çəkilib. Müharibənin uduzulması məsuliyyəti Paşinyanın üzərinə düşdükdən sonra isə geri qayıtmaq istəyir.