ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp keçmiş teleaparıcı Kari Leyki hökumət media orqanı olan “Amerikanın səsi”nə rəhbər təyin edəcəyini açıqlayıb.
Donald Tramp hökumətin miqrasiya, enerji, təhsil və digər sahələr üzrə siyasətini əsaslı şəkildə dəyişdirmək üçün yanvarın 20-də Ağ Evə qayıdışının ilk günündə 25-dən çox fərman və direktivləri imzalayaraq səs-küy yaratmağa hazırlaşır.