İsrailin İrana hava zərbələri endirdiyi vaxt Acre yaxınlığındakı hərbi obyektə PUA hücumu baş verib.

Axar.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Bildirilib ki, hücumun məsuliyyətini İraqın İslami-Müqvimət qüvvələri öz üzərinə götürüb.

Qeyd edək ki, İsrail ordusunun İrana aviasiya zərbələrinin ikinci dalğası davam edir. Rəsmi açıqlamaya görə, İsrailin 100-dən çox qırıcısı, o cümlədən F-35-lər 2 min km məsafədən İrana hücum edir.