Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili hesab edir ki, Ukraynada münaqişənin başa çatmasından sonra Rusiya Gürcüstan və Ermənistana qarşı hərbi təcavüz planını işə sala bilər.

 

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, o, bu fikri Tiflis Şəhər Məhkəməsində işi üzrə keçirilən iclasda distant qaydada çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, Ukraynada münaqişəyə son qoyulması ilə Rusiya hərbi maşınını dayandırmayacaq:

“Rusiyaya hər hansı hərbi kampaniya aparmaq lazım gələcək, belə ki, bunsuz Rusiya dövləti dağılacaq. Rusiya Ukraynada müharibə başa çatandan sonra hara müdaxilə edəcək? Yəqin ki, Baltikyanı ölkələr olmayacaq, çünki onlar NATO-nun çətiri altındadırlar və Prezident Tramp buna yol verməz. Azərbaycanın güclü ordusu və Türkiyənin dəstəyi var. Qazaxıstan da istisnadır, belə ki, bu ölkədə Çin faktoru önəmlidir və Pekin buna imkan verməz”.

Sabiq dövlət başçısı qeyd edib ki, yalnız iki ölkə - Gürcüstan və Ermənistan qalır:

“Ermənistan Azərbaycan və Türkiyə ilə geosiyasi münasibətlərini nizama sala bilmir və çox zəifdir. Ölkəyə özünün siyasi oriyentasiyasını dəqiqləşdirməsi üçün uzun zaman tələb olundu və zaman boşuna xərcləndi. Gürcüstan dəstəksiz qalıb, ordusu məhv edilib. Beləliklə, Ukraynada müharibə başa çatan kimi Gürcüstan və onun vasitəsilə Ermənistanın tam hərbi işğalı ilə bağlı çox böyük təhlükə yaranacaq”.

11 Fevral 2025 Valuyevin Bakıya qarşı sözü onu bitirəcək - Mixaylov
11 Fevral 2025 Əliyevdən Xameneiyə: Buna nail ola bilərik!
11 Fevral 2025 Nazirlikdən əsgər valideynlərinə daha bir çağırış
11 Fevral 2025 Papikyan hind generalla “ayaqüstü” görüşdü
11 Fevral 2025 Tramp dediyini etdi: Metal “müharibəsi” başladı
11 Fevral 2025 Nevzorov Bakını təhqir edən Valuyevə nələr dedi...
11 Fevral 2025 Konservlər xərçəng yarada bilər – Xəbərdarlıq
11 Fevral 2025 İrandan gətirilən 47 ton kartof məhv edildi
10 Fevral 2025 Heyvanların aşağı çəkidə kəsilməsi... - Nazirlik
10 Fevral 2025 ABŞ-ın istənilən hücumuna cavab verməyə hazırıq
10 Fevral 2025 ABŞ-la münasibətlər qırılma həddindədir - Ryabkov
10 Fevral 2025 Elektron siqaret çəkənlərə xəbərdarlıq
10 Fevral 2025 5300 müəllim işdən çıxarıldı - Nazir
10 Fevral 2025 Müəllimlərin sayı azalacaq, maaşlar artacaq - Nazir
10 Fevral 2025 İnqilabın ildönümündə etiraz: “Ölüm olsun diktatora”
10 Fevral 2025 AB Baltikdə Rusiyaya qarşı əməliyyat hazırlayır
10 Fevral 2025 Azərbaycan bu ölkə ilə quru sərhədləri açır
10 Fevral 2025 Bələdiyyələr nə vaxt icra başçısının qoltuğundan çıxacaq?
10 Fevral 2025 Xamenei terror qurbanıdır - Pezeşkian
10 Fevral 2025 İranda hökumət mollası güllələndi
10 Fevral 2025 Sahil Babayev nələrə hazırlaşır? – Şok detallar açıqlandı
10 Fevral 2025 Ədalət Verdiyevin üzərindən bu ittiham götürüldü
10 Fevral 2025 Rusiya İrəvana çağırış etdi: Danışıqlara qayıdın!
10 Fevral 2025 Ərdoğandan Ukrayna açıqlaması: Ümidimizi itirməmişik!
10 Fevral 2025 Həmin an torpaqlarımızı geri qaytaracağıq - Zelenski
10 Fevral 2025 Zəngəzura hibrid hücum başlayıb - Badalyan
10 Fevral 2025 İlyas İsmayılovun böyrəkləri funksiyasını dayandırdı
10 Fevral 2025 Ərdoğan Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
10 Fevral 2025 Faktiki hava: Bakıda 2, Aran rayonlarında 7 dərəcə şaxta...
07 Fevral 2025 Xamenei mümkün danışıqların üstündən xətt çəkdi