Səhiyyə Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi elektron siqaretlərlə bağlı vətəndaşlara müraciət edib.

 

Axar.az xəbər verir ki, müraciətdə son illərdə elektron siqaretlərin (veyplər) dünya miqyasında milyonlarla insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrildiyi qeyd olunub.

Bildirilib ki, ənənəvi siqaretlərə alternativ olaraq təqdim edilən bu cihazlar xüsusilə gənclər və qadınlar arasında geniş yayılıb.

Məlumata görə, rəngarəng dizaynlar, müxtəlif meyvə və şirniyyat dadı effekti, marketinq strategiyaları və sosial mediada geniş reklam olunması elektron siqaretləri gənclər üçün cazibədar hala gətirir:

"Bu məhsulların əsas hədəf auditoriyası ilkin mərhələdə siqareti tərgitmək istəyən insanlar olsa da, son illərin statistikaları göstərir ki, veypdən istifadə daha çox əvvəllər siqaret çəkməyən şəxslər, xüsusən yeniyetmələr və gənclər arasında sürətlə yayılmağa başlayıb.

Veyplərin sağlamlıq üçün riskləri barədə araşdırmalar artdıqca, onların heç də zərərsiz olmadığı, əksinə, müəyyən hallarda ənənəvi tütün məhsulları qədər, hətta daha təhlükəli ola biləcəyi ortaya çıxdı. Veyp mayelərinin tərkibində müxtəlif kimyəvi maddələr, o cümlədən nikotin, ağır metallar və insan orqanizminə təsir edən bir çox zərərli komponentlər mövcuddur. Elektron siqaretlərin tərkibində tütün olmadığı üçün onların daha az zərərli olduğu düşünülür, lakin bu, yanıldıcı təsəvvürdür. Nikotinin yüksək dərəcədə asılılıq yaratması ilə yanaşı, ürək-damar, tənəffüs və sinir sisteminə mənfi təsirləri elmi araşdırmalar tərəfindən təsdiqlənib.

Elektron siqaretlərin istifadəsi zamanı havaya buraxılan buxar yalnız istifadəçi üçün deyil, ətrafdakı insanlar üçün də təhlükə yaradır. Passiv veyp istifadəsi nəticəsində ətrafda olan şəxslər də nikotin və digər kimyəvi maddələri inhalyasiya edirlər. Bu isə xüsusilə uşaqlar, hamilə qadınlar və tənəffüs xəstəlikləri olan şəxslər üçün ciddi təhlükə yaradır.

Bundan əlavə, elektron siqaretlərin tüstüsünün olmaması və dumanının xoş qoxuya malik olması onların qapalı məkanlarda istifadəsini daha da artırır. Əgər siqaretin tüstüsü və qoxusu qadağan olunmuş məkanlarda dərhal hiss edilirsə, veyp aerozolları daha az nəzərə çarpır. Bu səbəbdən bəzi istifadəçilər veypləri nəqliyyatda, restoranlarda və digər ictimai yerlərdə rahatlıqla istifadə edirlər. Bu isə cəmiyyət üçün daha geniş sağlamlıq problemi yaradır və bu cihazların diqqətdə saxlanılmasının vacibliyini ön plana çıxarır".

10 Fevral 2025 Heyvanların aşağı çəkidə kəsilməsi... - Nazirlik
10 Fevral 2025 ABŞ-ın istənilən hücumuna cavab verməyə hazırıq
10 Fevral 2025 ABŞ-la münasibətlər qırılma həddindədir - Ryabkov
10 Fevral 2025 Ukraynadan sonra Rusiyanın hədəfi İrəvandır - Saakaşvili
10 Fevral 2025 5300 müəllim işdən çıxarıldı - Nazir
10 Fevral 2025 Müəllimlərin sayı azalacaq, maaşlar artacaq - Nazir
10 Fevral 2025 İnqilabın ildönümündə etiraz: “Ölüm olsun diktatora”
10 Fevral 2025 AB Baltikdə Rusiyaya qarşı əməliyyat hazırlayır
10 Fevral 2025 Azərbaycan bu ölkə ilə quru sərhədləri açır
10 Fevral 2025 Bələdiyyələr nə vaxt icra başçısının qoltuğundan çıxacaq?
10 Fevral 2025 Xamenei terror qurbanıdır - Pezeşkian
10 Fevral 2025 İranda hökumət mollası güllələndi
10 Fevral 2025 Sahil Babayev nələrə hazırlaşır? – Şok detallar açıqlandı
10 Fevral 2025 Ədalət Verdiyevin üzərindən bu ittiham götürüldü
10 Fevral 2025 Rusiya İrəvana çağırış etdi: Danışıqlara qayıdın!
10 Fevral 2025 Ərdoğandan Ukrayna açıqlaması: Ümidimizi itirməmişik!
10 Fevral 2025 Həmin an torpaqlarımızı geri qaytaracağıq - Zelenski
10 Fevral 2025 Zəngəzura hibrid hücum başlayıb - Badalyan
10 Fevral 2025 İlyas İsmayılovun böyrəkləri funksiyasını dayandırdı
10 Fevral 2025 Ərdoğan Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
10 Fevral 2025 Faktiki hava: Bakıda 2, Aran rayonlarında 7 dərəcə şaxta...
07 Fevral 2025 Xamenei mümkün danışıqların üstündən xətt çəkdi
07 Fevral 2025 Şoltsdan Suriya liderinə: Biz buna hazırıq!
07 Fevral 2025 Mask onlara dəstək verdi, "Tesla"nın satışı kəskin azaldı
07 Fevral 2025 Biz bunun arxası ilə düşəcəyik - Əmrullayev
07 Fevral 2025 Yaxın 3 gündə hava necə olacaq?
07 Fevral 2025 Prezident Samir Şərifova daha bir vəzifə verdi
07 Fevral 2025 Yerusəlim Post: İranın “ümidi” Ermənistandır
07 Fevral 2025 Prezidentin nazir təyin etdiyi Anar Əliyev kimdir?
07 Fevral 2025 Bu ölkədə evdə pişik saxlamaq qadağan olacaq