1990-cı il 20 Yanvar hadisələri baş verən gün evimizdə idim.

Avtobuslar keçirdi, cavanlar avtobusların açıq qapılarından sallanıb gedirdilər. Fikirləşirdim ki, bunların qarşısını almaq mümkün deyil. Onlar ölümə gedirdilər. Çox ağır bir hiss idi, çünki heç nə edə bilmirdik. Bilirdik ki, onları tanklar, avtomatlar gözləyir, amma onlar gedirdilər.

Axar.az xəbər verir ki, bunu Oxu.az-a müsahibəsində xalq yazıçısı Anar deyib.

Anar o dövrdə baş verən hadisələrə görə Moskvaya ilk etiraz məktubunun yazılmasından da danışıb:

"Heydər Əliyevin Siyasi Bürodan uzaqlaşdırılmasından 20 gün sonra Parisdə çıxış edən akademik Abel Aqambekyan (o, M.Qorbaçovun iqtisadiyyat üzrə müşaviri idi) Qarabağın Ermənistana verilməsini təklif etdi. O, çıxışında demişdi ki, Qarabağı Azərbaycandan alıb Ermənistana vermək lazımdır, bu barədə rəhbərliklə də, yəni M.Qorbaçovla biz razılaşmışıq.

Həmin çıxışın dərc olunduğu qəzet beş gün sonra Bakıya çatdı. Bakıya çatan kimi biz elə olduğumuz bu otaqda yığışdıq - mən və bir neçə yazıçımız, etiraz məktubunu M.Qorbaçova mən yazdım, hamımız imza atdıq və göndərdik.

Təxminən bir həftədən sonra ovaxtkı Mərkəzi Komitənin ikinci katibi olan Vasili Konovalov mənə hökumət telefonu ilə zəng etdi və dedi ki, məktubunuz M.Qorbaçova çatıb. M.Qorbaçov dedi ki, Azərbaycan yazıçılarını arxayın edin, heç bir sərhəd dəyişikliyi olmayacaq, Qarabağ necə ki Azərbaycanın tərkibindədir, elə də qalacaq.

Mən deputat olanda bir neçə dəfə M.Qorbaçovla görüşmüşəm, onda da bu sözləri təkrar edib. Sözdə bunu deyirdi, rəsmi olaraq, doğrudan da, Qarabağı Ermənistana vermədi, amma gah Volskinin başçılığı ilə komitə yaranırdı, gah başqa bir şeyi Azərbaycanın tabeliyindən çıxarıb onlara verirdi. Hətta onların Yazıçılar Birliyi bizim şöbəmiz idi. Onu Azərbaycandan çıxarıb birbaşa SSRİ-yə tabe etdirmişdilər. Onda da biz onların Yazıçılar Birliyinə etiraz məktubu yazdıq ki, Qarabağ Azərbaycanın tərkibindədir, bu Yazıçılar Birliyi də bizim bir bölməmizdir, nə haqla siz bunu ayırırsınız? Yəni həmin ərəfədə 10-15 etiraz məktubunu şəxsən mən yazmışdım Moskvaya..."

Xalq yazıçısı, eyni zamanda, o dövrdə ermənilərin Azərbaycandakı mövqeyindən və 20 Yanvar hadisələrinin Azərbaycan ədəbiyyatında nə dərəcədə yer aldığından da danışıb.

Daha ətraflı videomüsahibədə:

22 Yanvar 2025 Tramp mütləq İrana zərbə endirəcək - Ekspert
21 Yanvar 2025 "Peyvəndlər türklərə qarşı bir plan idi" - Karataydan koronavirusla bağlı iddia
21 Yanvar 2025 "İslamda sünnət deyilən şey yoxdur" - İlahiyyatçıdan şok açıqlama
21 Yanvar 2025 "Qızıl üçbucaq" Azərbaycana təhvil verilir - Kirants sakini
21 Yanvar 2025 Davosa gedəcəkdi, metroya minəsi oldu - Video
21 Yanvar 2025 Əmək pensiyasının minimum məbləği fevralın 1-dən...
21 Yanvar 2025 Tramp bunu dəstəkləyir: Azərbaycanda maraq artacaq
21 Yanvar 2025 Bu ölkə ilə hədəfimiz 5 milyarddır - Ərdoğan
21 Yanvar 2025 Ağ Evdə sonuncu “əfv”: ABŞ-ın Baydensayağı demokratiyası
21 Yanvar 2025 Panama prezidentindən Trampa: Rədd edirəm!
20 Yanvar 2025 Nikol 2 dəfə müraciət etdi, Tramp komandası imtina etdi
20 Yanvar 2025 Bakı 35 il öncə bu gün - Foto
20 Yanvar 2025 Mirzoyan sabah Moskvaya gedir
20 Yanvar 2025 Azərbaycan xalqının acısını ürəkdən paylaşıram
20 Yanvar 2025 Şvartsenegger Trampa görə ABŞ-ı tərk edir?
20 Yanvar 2025 Parlamentdə “Ermənistan və “artsax” xəritəsi” cırıldı - Video
20 Yanvar 2025 ABŞ İvanişviliyə seçim verdi: ya milyardları, ya da...
20 Yanvar 2025 Kşnyakinadan möhtəşəm "Azərbaycan" ifası - Video
20 Yanvar 2025 3 gün sonra medal bərbad hala düşdü - Cəfərov
20 Yanvar 2025 35 il əvvəl İğdır: “Yol verin, Azərbaycana keçək” - Video
20 Yanvar 2025 Arakçı ABŞ-a səfərdən imtina etdi – Səbəb
20 Yanvar 2025 Bakıda yumurta qəhətə çəkildi
20 Yanvar 2025 20 Yanvar şəhidlərinin xatirəsi daim yaşayacaq - Deputat
20 Yanvar 2025 Blinken Ukraynada savaşın bitməsinə belə mane olub - NYT
20 Yanvar 2025 Nazir saxlanılan gəmilərdən danışdı: Müsbət irəliləyişlər var
20 Yanvar 2025 20 yanvar 1990: Başlarına qırmızı bağlayanlar kim idi? - Video
20 Yanvar 2025 Referendum keçirilməsi ilə bağlı qərar... - MSK sədri
20 Yanvar 2025 Azərbaycanın Ermənistanla təmasları davam edir
20 Yanvar 2025 Mehriban Əliyeva 20 Yanvar faciəsi ilə bağlı paylaşım etdi
20 Yanvar 2025 Qanlı 20 Yanvardan 35 il ötür