Dekabrın 22-də futbol üzrə Türkiyə çempionatının XIV turunun birinci qarşılaşmasında “Qalatasaray” doğma meydana “Göztəpə” ilə üz-üzə gəlib.

Axar.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul təmsilçisi 3:1 hesabı ilə qələbə qazanıb. Meydan sahiblərinin qollarını Emre Kılınç (4), Arda Turan (12) və Sofian Fequli (63) vurub. "Göztəpə"nin heyətində isə Soner Aydoğdu fərqlənib.

Beləliklə, "Qalatasaray" qazandığı qələbə sayəsində mövqeyini qoruyub.

Günün digər matçında isə “Trabzonspor” səfərdə “Hatayspor”u minimal hesabla udub -0:1.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XIV turda "Fateh Karagümrük" istirahət edir.