İyun ayının 30-dan "Barselona" ilə müqaviləsi başa çatan Leo Messi hazırda azad agentdir.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, yeni sözləşmənin imzalanmasını gecikdirən bəzi amillər var. Bunlar əsasən vergi və maaş problemləridir. 

34 yaşlı hücumçu yeni müqavilə bağlayacağı üçün vergilərin aydın olmasını arzulayır. O, İspaniya hökumətinə vergi borclarının qalmasını istəmir. 

Digər əsas məsələ isə maaşdır. Leo və klub illik gəlirlə bağlı ortaq qərara gəlməkdə çətinlik çəkir. Bundan əlavə, Messi maaşının ödənilməsinin qaranti olunmasını tələb edir. Belə ki, pandemiyanın yeni dalğası başlasa belə, arentinalı forvard ödənilmənin düzgün yerinə yetirilməsini istəyir.

"Barselona"nın gecikdirdiyi ödəmələr də tərəflər arasında narazıçılığa səbəb olur. Klubun Leoya ödəmədiyi çoxlu pullar var.

Sonuncu məsələ isə idman proyektidir. Lionel Messi "Barsa" ilə yenidən kuboklar qazanmağı arzuladığı üçün rəhbərlikdən gələcək üçün yaxşı layihələr gözləyir.