Son xəbərlər

Üzərliyi xaricə aparmayın, həbs oluna bilərsiniz - Rəsmi

Üzərlik bitkisinin tərkibində harmin, harmalin, harmalol, tetrahidroharmin kimi alkaloidlər mövcuddur.

 

Axar.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, bu maddələr elmi ədəbiyyatda "harmala alkaloidləri" və ya "beta-karbolin alkaloidləri" adlanır. Bu qrup alkaloidlər mərkəzi sinir sisteminə təsir göstərən psixoaktiv birləşmələrdir:

"Harmin və harmalin monoaminoksidaz inhibitorları (MAOİ) qrupuna aiddir. Bu maddələr beynin müəyyən funksiyalarına təsir edərək sinir impulslarının ötürülməsini dəyişdirir. Onlar orqanizmdə serotonin, dopamin və adrenalin kimi neyrotransmitterlərin parçalanmasını ləngidir, nəticədə bu maddələrin sinir sistemindəki konsentrasiyası artır.

Azərbaycan Respublikasında üzərlik bitkisinin yandırılması (tüstülənməsi) qədim ənənə kimi qəbul olunur və bu konkret formada istifadə ilə bağlı birbaşa qadağa mövcud deyil. Lakin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, tərkibində narkotik və ya psixotrop təsirli maddələr olan bitkilərin kultivasiyası, idxalı, satışı və istifadəsi məhdudlaşdırıla bilər.

Tərkibindəki psixoaktiv alkaloidlərə görə üzərlik bitkisi və onun ekstraktları bir çox ölkədə nəzarətə alınan maddələr siyahısına daxil edilib. Rusiya Federasiyası Hökumətinin 7 yanvar 2024-cü il tarixli, 135 nömrəli qərarı ilə üzərlik (qarmala) bitkisi rəsmən "narkotik vasitələr olan bitkilər" siyahısına salınıb. Bu o deməkdir ki, Rusiya ərazisində həmin bitkinin idxalı, daşınması, saxlanması və satışı qanunsuz hesab olunur və cinayət məsuliyyətinə səbəb olur.

Xarici ölkələrə səyahət edərkən üzərlik bitkisini, onun toxumlarını, hissəciklərini və ya törəmələrini üzərinizdə götürməyin. Bəzi ölkələrdə bu bitkinin hətta kiçik miqdarda aşkarlanması ağır hüquqi nəticələrə səbəb ola bilər.

Səhiyyə Nazirliyi vətəndaşlarımızın sağlamlığının qorunması və onların hüquqi risklərdən qorunması məqsədilə maarifləndirmə işlərini davam etdirəcək.

Hər hansı bir bitkinin dərman məqsədli istifadəsindən əvvəl mütləq həkimə müraciət edilməsi tövsiyə olunur", - məlumatda qeyd olunub.

Qeyd edək ki, son vaxtlar sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində üzərlik bitkisinin istifadəsi, xarici ölkələrə aparılması və buna görə hüquqi məsuliyyətə cəlb olunma halları ilə bağlı müxtəlif məlumatlar yayılır.

14 Sentyabr 2026 Temperatur 34 dərəcəyə yüksələcək
24 İyul 2026 Speys TV-nin bank hesablarına həbs qoyuldu
18 İyul 2026 İstanbulda ictimai nəqliyyat bahalaşdı - Yeni qiymətlər
18 Aprel 2026 DYP-dən yağışlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
09 Aprel 2026 Taksilərlə bağlı yeni tələblər müəyyənləşəcək
23 Fevral 2026 Sürücülərin nəzərinə: Bu yollar bağlanır
30 Yanvar 2026 Fevralın havası: Bakıda 4 dərəcə şaxta...
21 Yanvar 2026 Ət qutabında at DNT-si çıxdı - Video
07 Yanvar 2026 “Nestle”nin uşaq qidalarında bakteriya tapıldı – AQTA
07 Yanvar 2026 Ölkədə ən yüksək və aşağı temperatur bu ərazilərdə olub
06 Yanvar 2026 Türkiyədə 15 yaşdan kiçiklərə sosial media qadağası gəlir
06 Yanvar 2026 Bu ərazilərdə işıq olmayacaq
30 Dekabr 2025 Azərbaycanda daha 237 dərmanın qiyməti tənzimləndi
30 Dekabr 2025 Yanvar ayının havası: 20 dərəcə şaxta...
22 Dekabr 2025 Xalqın Asayişinə Həsr Olunmuş Ömür - Cavid Muradovun Dövlətə və Vətənə Sədaqət Yolu
21 Dekabr 2025 Azərbaycana qış fəsli daxil oldu
06 Dekabr 2025 Şəhid ailələri və əlilliyi olan şəxslərə şad xəbər...
01 Dekabr 2025 Ölkədə son hava durumu açıqlandı
26 Noyabr 2025 Bu bazarlar fəaliyyət göstərməyəcək - Xəbərdarlıq
11 Noyabr 2025 Dabaq xəstəliyi qiymətləri qaldırdı: Ev quşları bahalaşdı - Video
06 Noyabr 2025 Bakıda bu marşrut üzrə avtobuslar yeniləndi
06 Noyabr 2025 Qağaməli Seyfullayev: “Ali Baş Komandanın Qalibiyyət Zirvəsi – Qarabağa Qayıdan Ömürlər
31 Oktyabr 2025 Ticarətə Dürüstlük gətirən rəhbər – “Riko” Ticarət Mərkəzində Rauf Şirəliyev imzası
29 Oktyabr 2025 Sabah Bakıya yağış yağacaq
25 Oktyabr 2025 Güclü külək əsəcək - Sarı xəbərdarlıq
24 Oktyabr 2025 Naxçıvanda duz istehsalı dayandırıldı
23 Oktyabr 2025 Sabah hava necə olacaq?
23 Oktyabr 2025 Sumqayıtda da gediş haqqı artırılır – Tarix...
23 Oktyabr 2025 “Peşəkarlığın və Liderliyin Sembolü – Qağaməli Seyfullayev və ‘Neftqaztikinti’ Tresti”
18 Oktyabr 2025 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür