Son xəbərlər

Fevralın havası: Bakıda 4 dərəcə şaxta...

Bu ilin fevral ayında Azərbaycanda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.

 

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur. Fevralın 1-2-də ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 4 dərəcəyədək şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 21-24 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 3-8 dərəcə şaxta, bəzi günlərdə 13-18 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 11-29 mm).

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 5-10 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 21-36 mm).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 1-4 dərəcə isti olacağı ğözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə şaxta, bəzi günlərdə 12-17 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-32 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 3-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 0-5 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 15-36 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 2-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 0-5 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, dağlıq ərazilərdə gecə 8-13 dərəcə şaxta, bəzi günlərdə 17-22 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-55 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 21-35 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 2-6 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 0-3 dərəcə şaxta, bəzi günlərdə 8-13 dərəcə şaxta, dağlarda gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 44-105 mm).

14 Sentyabr 2026 Temperatur 34 dərəcəyə yüksələcək
24 İyul 2026 Speys TV-nin bank hesablarına həbs qoyuldu
18 İyul 2026 İstanbulda ictimai nəqliyyat bahalaşdı - Yeni qiymətlər
18 Aprel 2026 DYP-dən yağışlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
09 Aprel 2026 Taksilərlə bağlı yeni tələblər müəyyənləşəcək
23 Fevral 2026 Sürücülərin nəzərinə: Bu yollar bağlanır
19 Fevral 2026 Üzərliyi xaricə aparmayın, həbs oluna bilərsiniz - Rəsmi
21 Yanvar 2026 Ət qutabında at DNT-si çıxdı - Video
07 Yanvar 2026 “Nestle”nin uşaq qidalarında bakteriya tapıldı – AQTA
07 Yanvar 2026 Ölkədə ən yüksək və aşağı temperatur bu ərazilərdə olub
06 Yanvar 2026 Türkiyədə 15 yaşdan kiçiklərə sosial media qadağası gəlir
06 Yanvar 2026 Bu ərazilərdə işıq olmayacaq
30 Dekabr 2025 Azərbaycanda daha 237 dərmanın qiyməti tənzimləndi
30 Dekabr 2025 Yanvar ayının havası: 20 dərəcə şaxta...
22 Dekabr 2025 Xalqın Asayişinə Həsr Olunmuş Ömür - Cavid Muradovun Dövlətə və Vətənə Sədaqət Yolu
21 Dekabr 2025 Azərbaycana qış fəsli daxil oldu
06 Dekabr 2025 Şəhid ailələri və əlilliyi olan şəxslərə şad xəbər...
01 Dekabr 2025 Ölkədə son hava durumu açıqlandı
26 Noyabr 2025 Bu bazarlar fəaliyyət göstərməyəcək - Xəbərdarlıq
11 Noyabr 2025 Dabaq xəstəliyi qiymətləri qaldırdı: Ev quşları bahalaşdı - Video
06 Noyabr 2025 Bakıda bu marşrut üzrə avtobuslar yeniləndi
06 Noyabr 2025 Qağaməli Seyfullayev: “Ali Baş Komandanın Qalibiyyət Zirvəsi – Qarabağa Qayıdan Ömürlər
31 Oktyabr 2025 Ticarətə Dürüstlük gətirən rəhbər – “Riko” Ticarət Mərkəzində Rauf Şirəliyev imzası
29 Oktyabr 2025 Sabah Bakıya yağış yağacaq
25 Oktyabr 2025 Güclü külək əsəcək - Sarı xəbərdarlıq
24 Oktyabr 2025 Naxçıvanda duz istehsalı dayandırıldı
23 Oktyabr 2025 Sabah hava necə olacaq?
23 Oktyabr 2025 Sumqayıtda da gediş haqqı artırılır – Tarix...
23 Oktyabr 2025 “Peşəkarlığın və Liderliyin Sembolü – Qağaməli Seyfullayev və ‘Neftqaztikinti’ Tresti”
18 Oktyabr 2025 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür