Azərbaycanda torpaqdan təyinatdan kənar istifadə hallarında İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr yenidən nəzərdən keçiriləcək.

 

Axar.az Report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Nəbiyev Torpaq Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, cərimələrin məbləği daha ədalətli və təsirli olması üçün yenidən nəzərdən keçiriləcək:

“Əsas məqsəd torpaqdan düzgün istifadənin təmin edilməsi və torpaq sərvətinin qorunmasıdır. Bu dəyişikliklər torpaq sahələrinin qorunması, ərzaq təhlükəsizliyinin təmin edilməsi və iqtisadi səmərəliliyin artırılması üçün vacib hesab edilir. Dövlət orqanları və aidiyyəti qurumlar islahatları şəffaf və səmərəli şəkildə həyata keçirmək üçün yeni prosedurlar tətbiq edəcəklər”

Dövlət Xidmətinin rəsmisi bildirib ki, cərimələr İnzibati Xətalar Məcəlləsində torpaqların təyinatdan kənar istifadəsi, mülkiyyət hüquqlarının pozulması və qanunsuz istifadəsi ilə bağlı müxtəlif bəndlərdə nəzərdə tutulur:

"Mövcud protokollara əsasən tətbiq edilən cərimələr kifayət qədər azdır. Təsəvvür edin ki, bir şəxs kənd təsərrüfatı torpağını qanunsuz istifadə edərək əkin sahəsi yaradırsa, 600-700 manat cərimə ödəməklə məsuliyyətdən yayına bilir. Bu isə çox aşağı məbləğdir. Yaxın ölkələrdə torpaq milli sərvət hesab olunur və ciddi qorunur. Azərbaycan üçün də torpaq həm iqtisadi, həm də strateji sərvət sayılır”.

O əlavə edib ki, Azərbaycanda bir şəxsə orta hesabla 16-18 sot əkin torpağı, kənd təsərrüfatı sahələrində isə 35-40 sot torpaq sahəsi düşür:

“Bu, ölkə üçün ərzaq təhlükəsizliyi baxımından vacibdir. Ona görə də torpaqdan təyinatı üzrə istifadəyə nəzarətin gücləndirilməsi əsas prioritetlərdən biridir".

01 May 2025 Cəlilabadda çörək sexi qanunsuz fəaliyyət göstərirmiş
01 May 2025 Bu gündən I sinfə şagird qəbulu başlayır
29 Aprel 2025 Saxta e-poçtlarla kiberhücumlar edilir - Xəbərdarlıq
29 Aprel 2025 Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı
25 Aprel 2025 İyunda 13 gün iş olmayacaq
21 Aprel 2025 Xəstəlik vərəqi e-sənəd kimi tərtib ediləcək
15 Aprel 2025 Güclü küləklə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq....
14 Aprel 2025 Yeniyetmə qızın döyülməsi ilə bağlı DİN-dən məlumat
11 Aprel 2025 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
08 Aprel 2025 FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
08 Aprel 2025 Yağış yağır, güclü külək əsir - Faktiki hava
07 Aprel 2025 Süd məhsullarının emalı müəssisəsində ciddi pozuntular…
26 Mart 2025 Qeyri-sabit hava ilə bağlı xəbərdarlıq
17 Mart 2025 "Ramazan ayı" dələduzluğu başladı - Xəbərdarlıq
20 Fevral 2025 Qışın ən uzunmüddətli soyuq dövrü başlayır
19 Fevral 2025 20 dərəcə şaxta olacaq - Daha bir xəbərdarlıq
17 Fevral 2025 Bu universitetdə oxuyanlara şad xəbər: Britaniya diplomu da alacaqlar
12 Fevral 2025 Bakı-Tiflis-Bakı qatar reysləri fəaliyyətə başlaya bilər
11 Fevral 2025 Metro stansiyalarına yeni adlar veriləcək
04 Fevral 2025 9 kənddə işıq olmayacaq
27 Yanvar 2025 Neftçalada ov qaydalarını pozanlar saxlanıldı
22 Yanvar 2025 14 kənddə 3 saat işıq olmayacaq
21 Yanvar 2025 Metro ilə bağlı cərimələr artırılır: 200 manata qədər...
15 Yanvar 2025 Məktəblərdə telefondan istifadə qadağan edildi
14 Yanvar 2025 Unun topdansatış qiymətləri – Cədvəl
13 Yanvar 2025 Geomaqnit qasırğası gözlənilir?
10 Yanvar 2025 Bu ərazilərdə 8 dərəcə şaxta oldu
10 Yanvar 2025 Bakıya iki gün qar yağacaq - Bu tarixdə
10 Yanvar 2025 Bakıda tramvaylar bu ərazilərdən keçəcək
08 Yanvar 2025 Ramazan ayında Qədr gecələrinin vaxtları açıqlandı