Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.

 

Axar.az xatırladır ki, artıq dördüncü ildir sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.

Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcək.

Ötən illərdə olduğu kimi, bu il də Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.

Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Beləliklə, bu gün Azərbaycanda Vətən müharibəsi qəhrəmanları minnətdarlıq hissi ilə anılacaq, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna böyük ehtiram göstəriləcək.

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.

2020-ci il sentyabrın 27-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb. 44 günlük Vətən müharibəsi Azərbaycanın həm döyüş meydanında, həm də siyasi masada qələbəsi ilə başa çatıb. Bütün bunlara Azərbaycan Ordusunun 2 908 şəhidinin qanı bahasına nail olunub.

2023-cü il sentyabrın 19-da isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və ölkənin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiter­ror tədbirlərinə başlanılmışdı.

24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, Azərbaycan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində separatçıların əsas rəhbərləri həbs olundu.

Antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun 192 hərbçisi şəhidlik zirvəsinə yüksəldi.

Beləliklə, Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində uzun illər erməni işğalı altında olan Azərbaycanın əzəli və əbədi torpaqları azad olundu. Bununla da Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa edildi.. Hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri aparılır, eləcə də insanların öz yurdlarına qayıdışı təmin edilir.

Allah şəhidlərimizə rəhmət eləsin!

03 Dekabr 2024 Bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas əlavə edildi
03 Dekabr 2024 Utilizasiyaya gedən avtomobillər üçün ödənişin məbləği...
02 Dekabr 2024 Havvaxanım Rüstəmovanın məhkəməsi başlayır
02 Dekabr 2024 Binə Atçılıq yaşayış massivində işıq kəsiləcək
02 Dekabr 2024 Azərbaycanda erməni dilini öyrədən universitet açaq
02 Dekabr 2024 “Nikolu bağışlayıram” dedi, Köçəryan fraksiyadan qovdu
02 Dekabr 2024 İçərişəhərdə bu mənzillər təmir olunacaq
02 Dekabr 2024 Bakıda yağış neçə gün davam edəcək?
29 Noyabr 2024 “Referans” 8 yaşını qeyd edir - Video
29 Noyabr 2024 Əkin sahələrində gəmiricilərə qarşı tədbir - Fotolar
29 Noyabr 2024 Təmir: sərnişinlər “Həzi Aslanov”a necə gedəcək?
29 Noyabr 2024 Noyabrın son günü hava necə olacaq?
29 Noyabr 2024 Heyvanlarla bağlı həmin qərar qəbul edildi!
29 Noyabr 2024 Elektrik avtobusu enerjisi bitdiyi üçün yolda qalıb? - Video
29 Noyabr 2024 ​“Bunu dilə gətirməyib nədən danışacağıq?!”
28 Noyabr 2024 Güclü küləklə bağlı daha bir xəbərdarlıq
28 Noyabr 2024 Beş vəkilə xəbərdarlıq olundu, dördünə isə töhmət verildi
28 Noyabr 2024 Rəqəmsal kimliyi kim və necə yoxlayacaq? - Ekspert
28 Noyabr 2024 Yanvarın 1-dən bu şəxslər cərimələnəcək - Rəsmi
27 Noyabr 2024 Bağça müdiri olmaq istəyənlərin nəzərinə!
26 Noyabr 2024 Bu seçki dairələrinin hüdudlarına dəyişiklik edildi
26 Noyabr 2024 Sabah qar yağacaq
25 Noyabr 2024 Bakıda aptek müdiri işçisini vəhşicəsinə döydü - Video
21 Noyabr 2024 Məktəblərdə yeni sistem: adambaşına maliyyə nə deməkdir?
21 Noyabr 2024 Bu əlillərin pensiyası dayandırılıb, araşdırılsın!
20 Noyabr 2024 Ölkədə şagird başına düşən kompüterlərin sayı - Nazir
20 Noyabr 2024 7 şagirdi, 32 müəllimi olan məktəblərimiz... - Nazir
19 Noyabr 2024 "Kartdan karta" ilə işləyən daha 200 sahibkar cərimələndi
18 Noyabr 2024 Azərbaycanda bu sektor 1 faiz böyüdü
18 Noyabr 2024 Tramp Putinin qalib gəlməsinə imkan verməyəcək - Conson