![]() |
![]() |
Sabahdan etibrarən İranda sıxılmış təbii qaz (CNG) bahalaşır.
Bu barədə İranın Milli Neft Məmulatlarının Distribyutorluğu Şirkəti elan verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, şirkət bildirib ki, 22 may tarixindən ibarət hər bir kq təbii sıxılmış qazın qiyməti (CNG) 6568 rial (rəsmi məzənnə ilə 0,15 dollar) olacaq.
İndiyədək qiymətin 6 min rial olduğunu bildirən şirkət qiymət artımının 10%-dən aşağı olduğunu əlavə edib.
İranın Milli Neft Məmulatlarının Distribyutorluğu Şirkəti qiymət artımı ilə əldə olunan vəsaitin yanacaqdoldurma məntəqələrində təhlükəsizliyin artırılması, avadanlıqların quraşdırılmasına sərf olunacağını bildirib.