Məlum olduğu kimi, zəhərlənmələr daha çox yay mövsümündə baş verir.

Bunun da əsas səbəbi kimi qidaların tərkibində olan kimyəvi, süni qatqılar göstərilir. Həmçinin bəzi tez xarab olana qidalar var ki, onlar yay mövsümündə təhlükəli ola bilir.

Onlardan ət və süd məhsulları, quş əti, pomidor, kolbasa, sosiska, dondurma, mayonez və souslu yeməklər, kremli tortlar, bir müddət quruda qalmış dəniz məhsulları, yumurta və sairə daxildir. Bəzən bu qidalardan düzgün istifadə olunmadıqda zəhərlənmələr baş verə bilir. Bunun üçün də yay mövsümündə əsasən yüngül, tez həzm olunan qidalara üstünlük verilməsi tövsiyə olunur. Həkimlər yayda balıq yeməklərindən uzaq durmağı məsləhət görürlər. Belə ki, tərkibi sink, zülalla zəngin bu qida yayda qəbul edildikdə gec həzm olunur və bu maddələr mədədə çox qaldıqda zəhərlənmə ilə nəticələnir.

Vətəndaşlar çox zaman bu tövsiyələr barəsində məlumatlı olurlar və mümkün qədər əməl etməyə çalışırlar. Bəs restoranlarda, şadlıq evlərində necə?

Bu məqamda bir faktı da qeyd edək ki, bu cür iaşə obyektlərində stolda mütləq şəkildə salatlar olur. Həmin salatların tərkibində yuxarıda qeyd etdiyimiz tez xarab olan məhsullardan istifadə olunur. Beləliklə, isti yay mövsümü başlayandan restoran və şadlıq evlərində menyularda hansısa ixtisarlar, dəyişikliklər edilibmi?

Mövzu ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı kimi bir sıra şadlıq sarayı və restoranların mövqeyini öyrənməyə çalışdıq. “Neptun” şadlıq sarayının administratoru Akif Musayev qeyd etdi ki, yay mövsümü başlayandan artıq menyuda bir sıra dəyişikliklər edilib: “Qida rasionunda balıq, mayonez, bir sıra salatları azaltmışıq. Yay mövsümü ilə əlaqədar olaraq menyuda istər-istəməz dəyişiklik etməli oluruq. Çünki bildiyiniz kimi, bəzi qidalar var ki, yay mövsümündə zəhərlənmələrə səbəb ola bilir. Məclis sahiblərinin də razılığı ilə bu məsələni nəzərə alırıq. Həmçinin qidaların gündəlik olaraq yeni olmasına diqqət edirik. Qidalar soyuduculardan saat 4-5 arası çıxarılır, hazırlanır, sonra süfrəyə verilir. Bu günlərdə elektrik enerjisi ilə bağlı yaranmış problem zamanı şadlıq sarayımız heç bir problem yaşamadı. Çünki generatorumuz var. Bunun üçün də soyuducular fasiləsiz işlədi və problem yaranmadı”.

“Çıraq plaza” şadlıq sarayının administratoru Akif İsmayılov isə menyuda heç bir dəyişiklik edilmədiyini dedi:“Dəyişiklik yoxdur. Sadəcə, toy sahibi gəlib yeməklərin və salatların necə hazırlanmasına nəzarət edir, onun iştirakı ilə menyudakı yeməklər bişirilir. Bəzi salatlar var ki, məsələn, manqal salatı toy sahibinin istəyi ilə menyuya əlavə edilə bilir”.

“Qızıl qaya” restoranının Azər adlı administratoru isə bildirdi ki, yay mövsümü ilə əlaqədar menyudan bəzi qidalar çıxarılıb: “Artıq bəzi məhsulları və salatları qida rasionundan çıxartmışıq. Menyudan çıxartdığımız salatların yerinə manqal, toyuq, ”şahin" salatını əlavə etmişik. Bu günlərdə yaşanan elektrik problemindən zamanı restoranımız üzüağ çıxdı. Belə ki, daim restoranda generator var ki, elektrik enerjisi kəsildiyi anda işə düşür. Bunun üçün soyuducuların çalışmasında heç bir fasilə yaranmadı, qidalarımıza zərər dəymədi".

İlgili resim

Məsələ ilə bağlı həkim Vaqif Qarayevin də rəyini öyrənməyə çalışdıq. V.Qarayev qeyd etdi ki, yay mövsümü ilə əlaqədar menyuda dəyişiklik etməyin mənası yoxdur: “Sadəcə, bu cür iaşə obyektlərində süfrəyə verilən yeməklər təzə olmalıdır. Bu, mütləqdir. Tutaq ki, salatların verilməsində bir problem yoxdur, sadəcə, salatda istifadə edilən qidalar təzə olmalıdır. Biz müşahidə edirik ki, şadlıq sarayları, restoranlarda süfrədə olan salatlar və digər yeməklərin yarıdan çoxu əl dəyməmiş qalır. İnanıram ki, səhəri gün biz yenidən o restorana getdikdə həmin yeməkləri yenidən stolun üstündə görə bilərik. Bu çox təhlükəlidir. Xüsusən də süd məhsulları və ondan hazırlanmış salatlar, həmçinin ət məhsullarından hazırlanan yeməklər təhlükəli ola bilir. Bu mənada nəinki yay, hətta qış mövsümündə də restoranlarda verilən yeməklərin keyfiyyəti problemlidir. Xoşuma gələn bir məqam var ki, artıq insanlar süfrədə olan bir çox yeməklərə əl vurmurlar, bilirlər ki, həmin yemək və ya salatlar köhnədir. Lakin bu belə olmamalıdır axı. Lüks restoran və ya şadlıq evlərində yaxşı keyfiyyətli çörək görə bilirik. Lakin bir qədər ucuz iaşə obyektlərində keyfiyyətsiz çörəklərin süfrəyə verildiyinin şahidi oluruq. Bu məsələlərlə bağlı ciddi məşğul olmaq lazımdır. Bəzən mətbuatda eşidirik ki, hansısa restoranda zəhərlənmə olub. Bu olmamalıdır. Hər bir restoran və ya şadlıq saraylarında çalışan aşpazlar peşəkar olmalıdır. Süfrəyə normal qida, yemək verilməlidir. Bu məsələyə yetərli diqqət olmayınca, problem həll olunmamış qalacaq”.

15 Aprel 2025 Güclü küləklə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq....
14 Aprel 2025 Yeniyetmə qızın döyülməsi ilə bağlı DİN-dən məlumat
11 Aprel 2025 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
08 Aprel 2025 FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
08 Aprel 2025 Yağış yağır, güclü külək əsir - Faktiki hava
07 Aprel 2025 Süd məhsullarının emalı müəssisəsində ciddi pozuntular…
26 Mart 2025 Qeyri-sabit hava ilə bağlı xəbərdarlıq
17 Mart 2025 "Ramazan ayı" dələduzluğu başladı - Xəbərdarlıq
20 Fevral 2025 Qışın ən uzunmüddətli soyuq dövrü başlayır
19 Fevral 2025 20 dərəcə şaxta olacaq - Daha bir xəbərdarlıq
17 Fevral 2025 Bu universitetdə oxuyanlara şad xəbər: Britaniya diplomu da alacaqlar
12 Fevral 2025 Bakı-Tiflis-Bakı qatar reysləri fəaliyyətə başlaya bilər
11 Fevral 2025 Metro stansiyalarına yeni adlar veriləcək
04 Fevral 2025 9 kənddə işıq olmayacaq
27 Yanvar 2025 Neftçalada ov qaydalarını pozanlar saxlanıldı
22 Yanvar 2025 14 kənddə 3 saat işıq olmayacaq
21 Yanvar 2025 Metro ilə bağlı cərimələr artırılır: 200 manata qədər...
15 Yanvar 2025 Məktəblərdə telefondan istifadə qadağan edildi
14 Yanvar 2025 Unun topdansatış qiymətləri – Cədvəl
13 Yanvar 2025 Geomaqnit qasırğası gözlənilir?
10 Yanvar 2025 Bu ərazilərdə 8 dərəcə şaxta oldu
10 Yanvar 2025 Bakıya iki gün qar yağacaq - Bu tarixdə
10 Yanvar 2025 Bakıda tramvaylar bu ərazilərdən keçəcək
08 Yanvar 2025 Ramazan ayında Qədr gecələrinin vaxtları açıqlandı
08 Yanvar 2025 Novruzun ilk çərşənbəsi bu tarixə təsadüf edəcək
06 Yanvar 2025 Bakıya intensiv yağış yağacaq
06 Yanvar 2025 Martda 16 gün iş olmayacaq
06 Yanvar 2025 Məktəblərdə 1 həftə dərs olmayacaq
06 Yanvar 2025 Şagirdlər qəbiristanlıqda qeyri-etik hərəkətlər etdilər - Video+Rəsmi açıqlama
29 Dekabr 2024 2,5 milyon 5 TV yayımçısı arasında bölündü