Əcnəbi tələbələr Azərbaycanda universitetlərə daxil olduqdan sonra ciddi problemlə qarşılaşırlar: bir çox ali təhsil müəssisələrinin yataqxanasının olmaması tələbələrin Bakıda oxumaq imkanlarını məhdudlaşdırır.

 

Belə bir problemi tanınmış özbək tədqiqatçı Şuxrat Salamov (Barlas) Axar.az-a açıqlamasında da qaldırıb. O qeyd edib ki, Özbəkistan vətəndaşları olan qızlar Azərbaycan universitetlərinə daxil olsa da, burda yaşamaq üçün yataqxana tapa bilmədiklərinə görə çətinlik çəkirlər və bu barədə ona müraciət ediblər. Belə ki, Qərb Universiteti və Milli Konservatoriyaya daxil olan xanım tələbələr tanımadıqları şəhərdə kirayə evdə yaşamaqdan çəkindiklərinə görə yataqxanada qalmaq istəyirlər, lakin qazandıqları universitetlər onların bu arzularını yerinə yetirmək imkanında deyil.

Nəyə görə tələbə həyatının ayrılmaz hissəsi olan, təhsilin davamı adlandırılan yataqxanalar tələbələr üçün əlçatmaz bir arzuya çevrilib? Əcnəbi tələbələrin özləri ilə birgə gətirəcəyi yeni ab-hava, multikulturalizmə töhfə verəcək özünəməxsusluqlar, illik ödəniş və gündəlik xərclərdən yataqxana probleminə görə universitetlər niyə məhrum olmalıdır?

Təhsil Nazirliyi sözügedən problemin universitetlərin daxili məsələsi olduğunu bəyan etdi:

“Tələbələrin yataqxana ilə təmin edilməsi problemi ali məktəblərin öz məsələsidir, Təhsil Nazirliyi bununla məşğul olmur”.

Təhsil eksperti Məlahət Mürşüdlü saytımıza açıqlamasında universitetlərin yataqxana problemini aradan qaldırmaqda ciddi addımlar atmalı olduqlarını düşünür:

“Bir çox universitetlərimizdə bu problem yaşanmaqdadır. 1990-cı illərdə böyük köçkün dəstəsi və qaçqınların gəlməsi universitetlərin nəzdində olan yataqxanaların dolması ilə nəticələndi. Hazırda bu yataqxanaların boşalma mərhələsi start götürüb. Lakin 30-40 il əvvəlki dövrə uyğun qurulan yataqxanaların boşalması da hazırda genişlənən və böyüyən ali məktəblərin tələbatını ödəmək imkanında deyil. Nəinki xaricdən gələn tələbələrin yerləşdirilməsində problem yaşanır, o cümlədən, yerli tələbələrin də yataqxana ehtiyacları ödənilmir”.

Təhsil eksperti Azərbaycanda əcnəbi tələbələrin azlığının bir səbəbi kimi məhz yataqxana probleminin olmasını göstərib:

“Düşünürəm ki, bu məsələnin həllində ali məktəblərin özləri fəallaşmalı, ən azından ilkin olaraq xaricdən gələn tələbələr üçün bu şəraiti təmin etməlidirlər”.

Qərb Universitetinin KİV-lə əlaqələr meneceri Vüsal Məmmədov məsələ ilə bağlı bildirdi ki, bu yöndə tələbələrə maksimum dəstək verməyə çalışırlar:

“Universitetimizin beynəlxalq əlaqələr şöbəsi bu məsələyə olduqca həssas yanaşır. Bəzən tələbələr aşağı qiymətlə yerlər tapmaqda çətinlik çəkirlər, əməkdaşlarımız bu problemin həllində yardımçı olurlar.

Digər bir tərəfdən qeyd etməliyəm ki, Qərb Universiteti hazırda infrastrukturunun möhkəmləndirilməsi üçün işlər aparır, həyata keçirilən tədbirlərdən biri də universitetin kampusunun tikintisidir”.

15 Aprel 2025 Güclü küləklə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq....
14 Aprel 2025 Yeniyetmə qızın döyülməsi ilə bağlı DİN-dən məlumat
11 Aprel 2025 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
08 Aprel 2025 FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
08 Aprel 2025 Yağış yağır, güclü külək əsir - Faktiki hava
07 Aprel 2025 Süd məhsullarının emalı müəssisəsində ciddi pozuntular…
26 Mart 2025 Qeyri-sabit hava ilə bağlı xəbərdarlıq
17 Mart 2025 "Ramazan ayı" dələduzluğu başladı - Xəbərdarlıq
20 Fevral 2025 Qışın ən uzunmüddətli soyuq dövrü başlayır
19 Fevral 2025 20 dərəcə şaxta olacaq - Daha bir xəbərdarlıq
17 Fevral 2025 Bu universitetdə oxuyanlara şad xəbər: Britaniya diplomu da alacaqlar
12 Fevral 2025 Bakı-Tiflis-Bakı qatar reysləri fəaliyyətə başlaya bilər
11 Fevral 2025 Metro stansiyalarına yeni adlar veriləcək
04 Fevral 2025 9 kənddə işıq olmayacaq
27 Yanvar 2025 Neftçalada ov qaydalarını pozanlar saxlanıldı
22 Yanvar 2025 14 kənddə 3 saat işıq olmayacaq
21 Yanvar 2025 Metro ilə bağlı cərimələr artırılır: 200 manata qədər...
15 Yanvar 2025 Məktəblərdə telefondan istifadə qadağan edildi
14 Yanvar 2025 Unun topdansatış qiymətləri – Cədvəl
13 Yanvar 2025 Geomaqnit qasırğası gözlənilir?
10 Yanvar 2025 Bu ərazilərdə 8 dərəcə şaxta oldu
10 Yanvar 2025 Bakıya iki gün qar yağacaq - Bu tarixdə
10 Yanvar 2025 Bakıda tramvaylar bu ərazilərdən keçəcək
08 Yanvar 2025 Ramazan ayında Qədr gecələrinin vaxtları açıqlandı
08 Yanvar 2025 Novruzun ilk çərşənbəsi bu tarixə təsadüf edəcək
06 Yanvar 2025 Bakıya intensiv yağış yağacaq
06 Yanvar 2025 Martda 16 gün iş olmayacaq
06 Yanvar 2025 Məktəblərdə 1 həftə dərs olmayacaq
06 Yanvar 2025 Şagirdlər qəbiristanlıqda qeyri-etik hərəkətlər etdilər - Video+Rəsmi açıqlama
29 Dekabr 2024 2,5 milyon 5 TV yayımçısı arasında bölündü