Bakıda bu yollar bağlıdır


Bu gün Fəxri Xiyaban istiqamətində hərəkət edən vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Səhər saatlarından tədbir tam başa çatanadək Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulub. 

Belə ki, Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından Parlament prospekti istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdirilib. 
Sürücülərdən və avtomobil sahiblərindən xahiş olunur ki, bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etsinlər. Tədbirə qatılmaq istəyənlərə ictimai nəqliyyat vasitələrindən, mənzil başına çatmaq üçün sürücülərə isə alternativ yollardan istifadə etmək tövsiyə olunur.
Bakıda 11 avtobusun hərəkət istiqaməti dəyişdiriləcək – Siyahı


10 may Ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Parlament prospekti Fəxri Xiyaban istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bakı Nəqliyyat Agentliyindən daxil olan məlumata görə, bu səbəbdən də hərəkət məhdudlaşdırılan və istiqaməti dəyişdirilən küçə və prospektlərə daxil olan marşrutlar – 3,6,18,29,31,39,53,77,96, 205, 206 müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.

Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.
Ramazan ayında söyüş söyənin orucunun hökmü nədir?


Onların orucları səhihdir. Çünki haram sözlər və haram əməllər orucu batil eləmir. Ancaq şəkk yoxdur ki, onu naqis edir, faydasını və səmərəsini azaldır. Orucda məqsəd Allahdan qorxmaqdır, necə ki, Uca Allah Quranda belə buyurur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (əl Bəqərə surəsi, 183) Allah burada orucun fərz olmasının hikmətini bəyan edir, orada hikmət Allahdan qorxmaqdır. Peyğəmbər (s.ə.s) belə buyurur: “Kim ki, pis sözü və pis əməli tərk etmirsə, Allahın o adamın yemək içməyini tərk etməyinə ehtiyacı yoxdur” (Buxari “Səhih” əsərində 2/288 Əbu Hureyrə (r.a)-dan rəvayət etmişdir) Peyğəmbər (s.ə.s) orucluya, əgər onu bir nəfər söysə “Mən orucam” deməyini əmr etmişdir. Onu söyən insan bu sözlə biləcək ki, söydüyü adam ona, aciz olduğuna görə yox, Allahdan qorxduğuna görə qayıdmır. Oruclu və qeryi orucluya vacibdir ki, səbr etsin və onun nəfsinin istədiyi şeylərə qarşı olsun.

Peyğəmbər (s.ə.s)-dən sabit olan bir hədisdə deyilir ki : ‘Bir gün Rəsulallah (s.ə.s)-in yanına bir nəfər gəlir və deyir: “Ya Rəsulallah, mənə nəsihət ver” O (s.ə.s) deyir: “Qəzəblənmə” və bunu bir neçə dəfə təkrar edir. (Buxari “Səhih” əsərində Əbu Hureyrədən rəvayət edir, 27/99, 100) Çox hallarda qəzəbləndiyindən dediyi sözlərə və etdiyi əməllərə görə peşman olub “kaş etməyəydim” deyə fikirləşir, ancaq o vaxtı geri qaytarmaq olmur.

Milli.Az

Bəşər tarixinin nadir şəxsiyyəti Ulu öndər Heydər Əliyev Azərbaycan tarixində yeni parlaq səhifə açan nadir şəxsiyyət olmuşdur. Bu dahi, müdrik insan xalqımızın əsrlərin sınağından çıxmış özünəməxsus milli xüsusiyyətləri ilə yanaşı, bəşəri düşüncələrin daşıyıcısı idi. Əsası budur ki, sivlizasiyaların, mədəniyyətlərin, qitələrin qovuşduğundan yerləşən Azərbaycan xalqının zəngin mənəvi-mədəni irsini əks etdirirdi. Bəşər tarixi belə dəyərlərə malik şəxsiyyəti nadir hallarda yetişdirir. Ümummilli liderimizə xas olan digər nadir keyfiyyət onun bir-birinə əks qütbdə dayanan müxtəlif ictimai-siyasi formasiyalarda ən yüksək idarəçilik üsuluna üstünlük verməsi idi. Heydər Əliyev bütün ömrü boyu başqa bir mühitdə yaşamışdı, təhsil almışdı, hətta sovet dövlətinin rəhbəri vəzifəsinə yüksəlmişdi. Heydər Əliyev fenomeni, tarixi xidmətləri, xilaskarlıq və quruculuq missiyasına müasir dünyanın görkəmli dövlət xadimləri, siyasətçiləri çox yüksək qiymət veriblər. Azərbaycan tarixinin 30 ildən artıq dövrü yaddaşlarda məhz Heydər Əliyev epoxası, böyük quruculuq illəri kimi qalıb. İrimiqyaslı qlobal siyasi dəyişiliklərlə müşayiət olunan tarixi dönəmlərdə xalqın mənafeyinə uyğun iradə nümayiş etdirmək iqtidarında olan şəxsiyyətlərə daha böyük ehtiyac duyulur. Müstəqil dövlətimizin timsalında ötən illəri təhlil edərkən bir daha əminliklə söyləmək olar ki, həqiqətən də tarixin millətə verdiyi şans yalnız görkəmli tarixi şəxsiyyətlərin iştirakı ilə reallaşdırmaq mümkündür. Bu mənada Mustafa Kamal Atatürkün Türkiyə, Şarl de Qolun Fransa üçün etdiklərini Heydər Əliyev ən çətin məqamda Vətəni və xalqı naminə görüb. Böyük öndərimiz Azərbaycanın dövlət müstəqilliyini yenidən əldə etməsini tarixi nailiyyətlər kimi qiymətləndirirdi. Bu şərəfli missiyanı məhz Heydər Əliyev yerinə yetiridi. 1993-cü ilin keşməkeşli iyun günlərində xalqın xahişi ilə yenidən hakimiyyətə qayıdan böyük öndərimiz bütün bəlalardan millətini hifz edib qorudu. Dünyanın məşhur ictimai-siyasi xadimlərinin, dövlət adamlarının və mütəfəkklərinin Heydər Əliyev haqqında söylədikləri fikirlər xalqımızın bu dahi oğlunun şəxsiyyətinə və çoxşaxəli dövlətçilik fəaliyyətinə verilən yüksək qiymətin, göstərilən ehtiram və heyranlığın ifadəsidir. Amerika tarixçisi Odri Alstad "Bütün güclü şəxsiyyətlər kimi Heydər Əliyev hamını öz arxasınca apara bilir". Moskva meri Yuri Lujikov "Biz Heydər Əliyevin həm öz xalqı üçün, həm də başqa xalqlar üçün gördüyü bütün işləri heç zaman unutmayacağıq". Böyük Britaniyanın baş naziri Toni Bleyer "Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhtanlar dövründə öz ölkəsində sabitlik gətirdi, Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər", ABŞ prezidenti Corc Buş Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyətinin ucalığını səciyyələndirən bu sözlərdən hər bir azərbaycanlı haqlı olaraq hədsiz qürur və fəxr hissi duyur. Bu gün müasir Azərbaycan özünəməxsus inkişaf yolu ilə gedir. Bu inkişafın təməl daşları ümummilli liderimizin çiyinləri üzərində hörülüb. Heydər Əliyev məktəbinin yetirməsi, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlar, xalqla birbaşa ünsiyyətdə olması ümummilli lider tərəfindən başlanmış işlərin məntiqi davamıdır. Dövlət xalqa, xalqı dövlətə bağlayan da qarşılıqlı inam və etibardır. Memarı və qurucusu Heydər Əliyev olan müstəqil dövlətimiz bu gün ulu öndərimizin Azərbaycan xalqına ən böyük töhfəsidir. Hər bir Azərbaycan vətəndaşının borcu isə Heydər Əliyevin şah əsəri olan Azərbaycanı qoruyub yaşatmaqdır.

Bu gün bu böyük və əbədiyaşar şəxsiyyətin doğum günüdür. O, sıralarımızda olmasa da ruhən və mənən bizimlədir , ölməzdir , əbədidir .Ruhun şad olsun , Ulu Öndər!

Xaçmaz Suvarma Sistemləri İdarəsinin rəisi Vaqif Səlimov!

Spirtli içki qəbul edənlərin sayı tədqiq olunub. Novator.az-ın məlumatına görə, 189 ölkənin statistikasına əsaslanan tədqiqatın nəticələri mayın 8-i “Lancet” tibb jurnalında dərc olunub.

Analiz göstərib ki, 1990-cı ildən 2017-ci ilə qədər dünyada alkoqol qəbulu 70% artıb. Hindistan, Çin və Vyetnamda spirtli içki qəbulunda çoxalma, Şərqi Avropa ölkələrində azalma qeydə alınıb.

Tədqiqat zamanı 15-99 yaş arası insanların məlumatlarından istifadə olunub. Alimlər qeyd edir ki, ən az alkoqol qəbul edənlər Yaxın Şərqdə, ən çox içənlər Mərkəzi və Şərqi Avropada yaşayır.

İçki lideri kimi Moldova göstərilir. Bu ölkədə adambaşına 15 litr təmiz spirt qəbulu düşdüyü vurğulanır.

Ən az spirtli içki qəbul edən Küveyt sakinləridir: adambaşına illik norma 0,005 litr.

Tədqiqata əsasən, ayıq başla yaşamaq istəyənlər 1990-cı ildə dünya əhalisinin 46%-i, 2017-ci ildə 43%-i, içkiyə meyllilər 1990-cı ildə dünya əhalisinin 18,5%-i, 2017-ci ildə 20%-i nisbətində olub.

Qəbul sərtləşdirildi: həkimlər “üsyan” edir














Azərbaycanda qəbul imtahanları Avropada orta əsərlərdə tüğyan edən cəza sistemlərinə bənzəyir.

Bu sözləri tanınmış psixoterapevt Elmir Əkbər imtahana hazırlaşan abituriyentlərlə bağlı Modern.az-a danışarkən deyib.

E.Əkbər bildirib ki, bu il abituriyentlər yeni qəbul modeli ilə imtahan verəcəkləri üçün təşviş içindədir, çünki ortada yenilik var:

“Yeni imtahan tərzinə nə valideyn hazırdır, nə də abituriyent. Düzgün psixoloji hazırlıq olmayanda imtahanda abituriyentin beli qırılır. Uşaqlara “mənim üçün əhəmiyyətli olan sənin topladığın bal yox, sən özünsən” yanaşmasını tətbiq etmək lazımdır. Düzdür, təhsil çox vacibdir, amma hər şey deyil.

İntiharların yaranmasında məktəblərin də rolu var. İnsanlarla işləyən peşə sahibləri azı 6 aydan bir müayinədən keçməlidir”.

Psixoterapevt təklif edib ki, qızlar üçün qəbul imtahanları yığışdırılsın:

“Qızlar üçün qəbul imtahanları yığışdırılmalıdır. Qızlar haranı istəyirsə, onları tələbə kimi imtahansız qəbul etsinlər. Avropada, bir çox inkişaf etmiş ölkələrdə ümumiyyətlə qəbul imtahanları yoxdur. Qızlar qeyd-şərtsiz ali məktəblərə götürülməlidir”.

E.Əkbərin bu fikirlərinə münasibət bildirən pediatr Vaqif Qarayev vurğulayıb ki, abituriyentin iki dəfə imtahan verməsi psixi durumuna və fiziki sağlamlığına mənfi təsir edir:

“Psixoterapevt haqlıdır. Bu ildən qəbul imtahanlarının şərtləri sərtləşdirilib. Uşaqları bu qədər yükləyib səhhətinə zərər vurmaq mənasızdır. Heç bir təhsil sağlamlıqla müqayisə oluna bilməz!

Ancaq Elmir Əkbərin qızların qəbul imtahanı verməsindən azad edilməsi ilə bağlı dedikləri ilə razı deyiləm. Onsuz da ölkədə kifayət qədər diplomlu, amma iki kəlməni doğru-dürüst qarşıdakına çatdıra bilməyən savadsız analar var. Savadsızlığa yenidən niyə rəvac verək ki?!”

BAXCP İdarə Heyəti: “Maya dəyərinin aşağı salınması və itkilərin azaldılması üçün idarəçilik optimallaşdırılmalı, infrastruktur yenilənməlidir”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.

Musavat.com-a verilən məlumata görə, BAXCP İdarə Heyəti Tarif Şurasının Azərbaycan Prezidentinin tapşırığı ilə əhaliyə satılan təbii qazın güzəştli limitini 1700 kub metrdən 2200 kub metrədək artırmaq barədə qərarına da münasibət bildirib. Qərarı təqdir edən BAXCP İdarə Heyəti yaxın gələcəkdə limitin tamamilə qaldırılmasını məqsədəuyğun saydığını bildirib və bu prosesin həyata keçirilməsinə təsir göstərə biləcək təkliflərini irəli sürüb.

BAXCP İdarə Heyəti hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyinin özəlləşdirilməsi və yaxud uzunmüddətli idarəetməyə verilməsi təbii qazın maya dəyərinin aşağı düşməsinə və itkilərin azalmasına yol aça bilər: “İndiki halda təbii qazın maya dəyərinin aşağı salınması və itkilərin azaldılması üçün idarəçilik optimallaşdırılmalı, infrastruktur yenilənməlidir. “Azəriqaz” İB isə bu xərci qarşılamaq iqtidarında deyil. Bu baxımdan, İstehsalat Birliyinin özəlləşdirilməsi bu sahəyə özəl sektorun yatırımlarını təmin edə, dövlətin xərc yükünü və istehsal olunan təbii qazın maya dəyərini azalda bilər”.

BAXCP İdarə Heyətinin qənaətinə görə, “Azəriqaz” İB ilə yanaşı, digər kommunal xidmət sahələri, o cümlədən “Azərişıq” ASC də özəlləşdirilməli və ya investisiya qoyuluşu şərti ilə uzunmüddətli idarəetməyə verilməlidir.

Yerində olmayan nazir... haqda yerində olan sözlər...














Azərbaycanda səhiyyənin nə qədər bərbad vəziyyətdə olduğu kimsəyə sirr deyil. Lakin sirr saxlamağa çalışan cənab Oqtay Şirəliyevin görəsən ağlına gəlmədi ki, vicdanı çuvalda gizlətmək olmaz?
Ta qədimdən elə xəstəliklər vardır ki, insan həyatında bir dəfə də olsa o xəstəliyə tutulmalıdır. Qızılca kimi. Son zamanlar istər Bakıda, istərsə də əyalətlərdə qızılca epidemiyası geniş yayılıb. Xəstəliyin statusunun necə ağır olduğunu söyləməyə gərək yoxdur. Hətta öz adlarını belə yaza bilməyən nənələrimiz qızılcaya yoluxan xəstə gördükdə dərhal hansı tədbirləri görmək, necə müalicə aparmağın yollarını dəqiq müəyyən edə bilirdilər. Eh! Biz də nə qoyub nə axtarırıq. Biz artıq Avropa birliyinin üzvüyük. Dünyaya inteqrasiya etmişik. Okeanın o tayında bizi tanıyırlar. Bizə "ayıb" olmaz ki, ölkəmizdə hələ də qlzılca xəstəliyinin varlığını təsdiqləyək?
Hörmətli nazirimiz "uzaqgörənlik edib". Dünya Səhiyyə Birliyinə "Azərbaycanda qızılca xəstəliyinin kökünün kəsilməsi barədə məlumat" verməklə bizə bu "utancı" yaşamaqdan xilas edib. Amma görünür xəstəlik səhiyyə nazirinin sabun köpüyü kimi şişirdilmiş "uğuruna" kölgə saldı. Son bir ayda jurnalist ardırmasının nəticələrində gördüyüm faktlar qarşısında dəhşətə gəldim. Şəhərin uşaq poliklinikalarına, xəstəxanalarına övladlarında qızdırma, qusma, ağır səpgilərlə müraciət edən valideyinlərə, "övladlarınız allergiya olub" deyə diaqnoz qoyulur. Ömrünü üşad xəstəliklərinə həsr etmiş yaşlı pediatora "axı bu qızılcadır" deyən gənc atanın üzünə baxa-baxa qalan, ürəyində "bəli qızılcadır, dilində isə allerdiya söyləyən həkimdən ikili "oyunun" səbəbini soruşdum. Kimliyinin açıqlanmamasının təminatına əmin olduqdan sonra: -"Bəli, ata haqlıdır. Uşaq qızılcadır. Lakin bizə nazirlikdən qəti şəkildə tapşırıq var. Biz qızılca xəstəliyini təsdiq edə bilmərik". Bütün bu olanları ağlın "süzgəcindən" keçirdikdə, Oqtay Şirəliyevin gercək məramını anlamağa məntiqimiz yetmir. Onsuz da səhiyyədə bərbad kadr siyasəti səhiyyəni "güzəm" xəstəliyinə düçar edib.Üstəlik bu cür saxta sağlam cəmiyyət obrazı yaratmağa çalışmaqla gözdən pərdə asan nazir xalqın tibbə güvənini yerlə-yeksan edib. Təqribən 10 gün bundan öncə uşaq tibb ocaqlarının birində yaşlı nənə bərk səs-küy saldığının şahidi oldum. Yaranmış vəziyyətə səbəb nəyin olduğunu soruşduqda (bütün ağxalatlılardan və oxuculardan üzr istəyirəm) "Bunlar qammazdırlar. Uşağım qızılcadır, bunlar allergiya deyir." Və.s kimi xoşagəlməz ifadələr. Söhbəti uzatmaqla mətləbdən kənara çıxmaq istəmirik. On məlumatımıza görə nazir yenidən icazə verib ki, xəstəlik öz adı ilə xəstənin xəstəlik kitabçasına qeyd edilsin. Yəqin düşünüb ki, önəmli olan Dünya Səhiyyə Birliyi qarşısında lovğalanmaqdır. Ona da nail oldu. Necə olsa gəlib yoxlayası deyirlər. Çox olsa millətin balalarından bir-kimisi ölər. Amma hörmətli nazirimiz bir həqiqıti unudur. Ölkə Prezidenti millətin hər bir körpəsinin sayını diqqətdə saxlayır. Yaxın günlərdə yeni doğulmuş 10 milyonuncu vətəndaşına ev hədiyyə etdi. 

Bəs siz bu millətə nə hədiyyə edursiniz? Xəstəliklər buketi?

Qaldırılmış problemlə bağlı SN-nin mövqeyini dinləməyə hazırıq!
İnfoPlyus.Tv
Xətaidə ağaclar kəsilib – Nazirlik icazə vermədiyini açıqladı















Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xətai rayonunda gecə 130 ağacın kəsilməsi ilə bağlı yayılan məlumatla bağlı açıqlama yayıb.

Nazirlikdən verilən məlumata görə, mayın 5-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət təkrarən Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı yaşıllıq sahəsində mülkiyyətçi Həzrət Temirov tərəfindən 25 meyvə ağacının kəsildiyi, 2 zeytun ağacının və 96 nar kolunun köçürüldüyü, 8 çoxillik şam və qovaq ağacının isə yerində qaldığı müəyyən edilib. Kəsilən ağacların əvəzinə yeni ağacların əkilməsi, köçürülən ağaclara isə aqrotexniki xidmət göstərilməsi ilə bağlı torpaq mülkiyyətçisinə Nazirlik tərəfindən “məcburi göstəriş” verilib.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sözügedən ünvanda ağacların kəsilməsi ilə bağlı 16 aprel 2019-cu il tarixində də şikayət daxil olmuşdu. Araşdırma zamanı M.Hadi küçəsi, 93/99 ünvanında 0,24 hektar yaşıllıq sahəsinin tikinti məqsədilə Bakı şəhər İcra Hakimiyyətinin 2013-cü il tarixli sərəncamı ilə vətəndaş Həzrət Temirova ayrıldığı müəyyən edilmişdi. Ərazidəki 131 müxtəlif cinsli ağac Nazirliyin əməkdaşları tərəfindən qeydiyyata alınaraq torpaq mülkiyyətçisinə təhvil verilmişdi.

Qeyd edək ki, sözügedən ünvandakı ağacların kəsilməsi və köçürülməsi ilə bağlı 28 mart 2019-cu il tarixində mülkiyyətçinin oğlu Rüstəm Temirov, 3 aprel 2019-cu il tarixində isə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən Nazirliyin Dövlət Ekspertiza İdarəsinə müraciət olunub, lakin yaşıllıqların toxunulmaz qalması məqsədəmüvafiq hesab edilib, ağacların köçürülməsi və kəsilməsinə icazə verilməyib.
SOS: Bakıda “Askarid” qurdu daşıyan ucuz dönərlər satılır – reportaj














Paytaxtı “Türk dönəri”, “Halal dönər” adı ilə mənşəyi bilinməyən, qoca, xəstə ətdən hazırlanmış, xərçəng riski daşıyan manatlıq dönərxanalar bürüyüb; toyuq dönərinə qadağaya isə 13 ildir məhəl qoyulmur…

Bakının hər tin-bucağında “Türk dönəri”, “Halal dönər”, “Super dönər” və s. bəlağətli sözlərlə elanı vurulmuş dönərxanalara rast gəlirik. Bununla satıcılar bizi inandırmağa çalışırlar ki, onların təqdim elədiyi dönərin əti halal, təmizdir. Amma ölkədə sümüklü ətin kilosunun 10 manat 60 qəpik olduğu bir halda ət dönərinin 1 manat, 1 manat 20 qəpikdən satılması həyəcanlanmağa əsas verir: görəsən bu, hansı ətdən hazırlanmış dönərdir?

Həkimlər, bu qidanın dadına baxanlar dəfələrlə yeməməyi məsləhət görsələr də, həm valideynlər özləri üçün alır, həm də övladlarına yedirirlər. Hələ bu azmış kimi, 2006-cı ildə Səhiyyə Nazirliyinin rəsmi qərarı ilə toyuq dönərinin satışı qadağan edilsə də, Bakının bütün dönərxanalarında toyuq dönəri satılır. Üstəlik, müştərilərin çoxu toyuq dönərinə üstünlük verirlər…

Həftə sonu baş çəkdiyimiz bir neçə dönərxanada apardığımız müşahidələr, həmsöhbət olduğumuz dönərçilər, qiymətlərlə bağlı araşdırmamız bir qənaət hasil elədi ki, təcili surətdə bu ayaqüstü yeməkdən uzaq durmaq lazımdır. Çünki dönərxanalarda qızardılan ətlərin keyfiyyəti birmənalı olaraq aşağıdır, Braziliyadan, Hindistandan gətirilən məhsullardır. Onların arasında zebr ətinə daha çox rast gəlindiyini öyrənirik.

SOS: Bakıda “Askarid” qurdu daşıyan ucuz dönərlər satılır – reportaj


Dönərçilər bildirirlər ki, bu malın satışına yasaq yoxdur, amma reallıqdır ki, qiyməti ucuzdur. Yəni sizin aldığınız dönərin ətinin kilosu obyekt sahibinə 4 manat 50 qəpiyə, ən yuxarısı 6 manata başa gəlir. O da sirr deyil ki, qoca, südsüz heyvanların ətini rayonlardan paytaxta daşıyırlar. Dönərçilərdən biri deyir ki, başqa cür mümkün deyil: “Ətin kilosu 10-11 manatdır, biz o ətdən dönər eləsək, ziyana düşərik, ya da gərək qiymətini qaldıraq. Onda da müştərilər qaçacaq. İnsanlar ayaqüstü 1-2 manata dönər yemək istəyir, sən də deyirsən ki, 10 manatlıq ət sat, bəs dönəri 4 manata satım?”

Onun sözlərinə görə, Bakının məşhur “Qoç ət” restoranlar şəbəkəsi, mərkəzdə yerləşən bahalı obyektlərində 4-5 manata dönər tapmaq olar. Lakin hamının imkanı yoxdur ki, 5 manatlıq dönər yesin. İndi ortabab dönərin qiyməti 2 manat 50 qəpik – 3 manat arasında dəyişir. Amma şəhəri bürüyən ən çox 1 manatlıq dönərxanalardır ki, bəziləri çəkiliş apararkən obyektivimizin lentinə tuş gəldi.

Bu dönərlərdən isə qaçmağa çalışın: mədə-bağırsaq xəstəlikləri, qastrit, öddə həzm kimi problemləri yaradır. Ən dəhşətlisi budur ki, paytaxtı kütləvi şəkildə əhatə edən 1 manatlıq dönərxanalarda nə monitorinqlər aparılır, nə gigiyenik şəraitinə baxış keçirilir. Əksinə, hər ay şəhərin müxtəlif ünvanlarında belə dönərxanaların sayı artır. Söhbətləşdiyimiz dönərçilər isə kinayə ilə deyirlər ki, bu ölkədə hər yerindən duran dönərçi olub: “Necə ki, kimin maşını var taksi işləyir, hər əli bıçaq tutan, ət kəsən də dönərçi olub. Bu işin öz peşəkarı, başbiləni var. Bizdə isə pul verib bir obyekt açır, birini də ora qoyur ki, dönər bişirib satsın”.


İnsanların sıx toplaşdığı yerlərdə cəmi 1.50-yə mal ətindən dönər satırlar. Halbuki bazarlarda sümüksüz ətin bir kiloqramının qiyməti 12 manatdan başlayır. Peşəkar dönərçilər bildirir ki, bir kiloqram ətdən cəmi 10-11 dönər hazırlamaq mümkündür. Bu isə 16 manat pul edir. Belə olduqda isə bu ətin haradan gətirildiyi və nə üçün bu qiymətə satıldığı maraq doğurur.

Dönərin közdə və ya işıq istisində bişməsində də fərqlər var. Amma ikisi də insan sağlamlığı üçün böyük təhlükə yaradır. Deyilənə görə, kömürdə bişən dönərin odla təması halında kanserogen (xərçəng xəstəliyini törədən amillər) riski yaradır. Gün boyunca bişməyən dönərin bir gün sonra təkrar satılması isə ölümcül qida zəhərlənməsinə yol aça bilər. Ümumiyyətlə, dönər çalışıldığı qədər az istilikdə bişməli və ən azı istilikdən 15 sm uzaq olmalıdır.

Dönərin hazırlanmasında 1 çay qaşığı duz əlavə olunur. Amma həmin duz yodlaşdırılmamış olur. Belə duzları yemək üzərinə əlavə etmək yolverilməzdir. Bu, insan həyatı üçün çox təhlükəlidir. Di gəl, dönərin hazırlanma prosesində təhlükəli duz məhlulundan istifadə halları geniş yayılıb. Kəklik otu və ya digər ədviyyatlar isə köhnə ətin dadını hiss etdirməmək üçün istifadə edilir.

Əgər sağlam heyvan ətləri istifadə edilməsə, o zaman bunların içində askarid və digər qurd yumurtaları olur. Bu haqda publika.az yazmışdı ki, askarid qurdunun yumurtası müəyyən istiliyə davamlıdır. Onlar 100 dərəcə istilikdən bir qədər yuxarı istilikdə ölürlər. Bir sözlə, dönər çiy olarsa, askarid yumurtası daşıyır. Çox bişərsə, qızarar və ya yanarsa, o zaman kanserogen (xərçəng) xəstəliyi yaradır.

Bir müddət əvvəl Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov demişdi ki, Azərbaycanda satılan dönərlərin 85 faizi insan sağlamlığına təhlükəlidir: “Mərkəzi Avropa ölkələrində dönərlər ”tezbazar” deyil, oturaq yemək kimi qəbul olunur. Dönərxanaların 85 faizi aldıqları ətləri heç də müəyyən olunmuş şirkətlərdən deyil, istədikləri yerlərdən yoxlanılmamış halda, mənşəyi məlum olmayan ət alıb dönərlər hazırlayır”.

Dövlət qurumları yollarda Bakıya gətirilən, mənşəyi məlum olmayan tonlarla əti aşkar edir, məhv edir. Amma həmin qurumlar araşdırmır ki, bu ətlər hara gətirilir, kimlərə təhvil verilir və hansı obyektlərdə istifadə olunur. Tonlarla at, eşşək əti Bakıya gətirilərkən aşkar edilir, amma hara gətirildiyi açıqlanmır. Yəni tələb var ki, təklif meydana çıxır.

Məsələ ondadır ki, ölkədə leşyığanlar şəbəkəsi mövcuddur ki, həmin ətləri də bu şəbəkə alır. Həmin şəbəkənin də dönərxanalara ət verib-vermədiyi məlum deyil. Bütün bu araşdırmalar, səslənən fikirlər, şəhəri 1 manatlıq dönərin bürüməsi Qida Təhlükəsizliyi Agentliyinin hərəkətə keçməsi, monitorinqlər aparması zərurəti yaradır. (musavat.com)