Bakı şəhəri Xətai rayonunda yerləşən 9 saylı uşaq poliklinkasında həkimlərdən və digər tibb işçilərindən qanunsuz pul vəsaitinin yığılması ilə bağlı məlumat yayılıb.
Cebhe.info-nun məlumatına görə, tibbi personaldan 50 manat miqdarında vəsait yığılır. Məlumatı verən mənbə bildirib ki, onlardan 3 manat “fond pulu”, 7 manat qəzetlərə abunə haqqı və 40 manat isə təmir pulu alınır. Hətta texniki personaldan da 15 manat vəsaitin yığıldığı bildirilir.
Məsələ ilə bağlı 9 saylı uşaq poliklinkasının baş həkimi Aida Hüseynzadə ilə əlaqə saxladıq. Baş həkim Cebhe.info-ya açıqlamasında bildirib ki, deyilənlər həqiqətəuyğun deyil, heç bir şəxsdən “fond pulu”, “qəzet pulu” və “təmir pulu” yığılmır: “Rəsmi şəkildə bildirirəm ki, heç bir tibbi personaldan fond, qəzet və təmir üçün pul yığmırıq”.
Aida Hüseynzadə qəzetlər üçün abunə pulunun yığıldığını deyib:
“İşçilərdən sadəcə abunə pulu yığılır ki, bu da dövlət tərəfindən tətbiq olunur. Doğrudur, abunə ilə bağlı pul yığırıq, amma ittihamlarda əks olunan qədər yox. Abunə pulu sadəcə 3-4 manat təşkil edir. Müəyyən qəzetlər var ki, biz onlara dövlət tapşırığı ilə yazılmalıyıq. Hər hansı bir şey sındıqda isə hər şəxs öz otağında təmizlik işi aparır və ona biz qarışmırıq”.
Baş həkim deyib ki, bununla bağlı şikayət edən şəxs onun özünə yaxınlaşıb iradını bildirə bilər:
“Bu ittihamı irəli sürən şəxslər mənə müraciət edib problemlərini bildirə bilərlər. Mən bu ittihamların heç birini qəbul etmirəm, bunlar tamamilə cəfəngiyyatdır. Məsələ kiməsə qaranlıq qalarsa, buyurub poliklinkaya gəlib işimizə baxa, vəziyyətlə tanış ola bilərlər”.
Bir quruma yeni rəhbər təyinatı olduqda, hər zaman orada kadr dəyişiklikləri gözlənilir və həqiqətən də gözləntilər özünü doğruldur.
Bu dəyişikliklər təhsil müəssisələrində, xüsusən, ali məktəblərdə olduqda isə cəmiyyətdə müzakirə obyektinə çevrilir. Bəzən tənqid olunur, bəzən isə alqışla qarşılanır.
Ən son müzakirə olunan təhsil ocağı isə Bakı Dövlət Universiteti idi. Prezident İlham Əliyevin 2019-cu il 11 mart sərəncamı ilə Elçin Babayev BDU-ya rektor təyin olundu.
E.Babayev universitet rəhbərliyinə gələr-gəlməz kadr islahatlarına başladı. İşdən çıxarılanlar, vəzifəsi azaldılanlar arasında prorektorlar da oldu.
Rəhbərliyi dəyişən digər universitetlərdə də hər zaman prorektorların, dekanların ya vəzifələri kiçildilir, ya da işdən çıxarılırlar.
Səbəb kimi isə adətən, onların vəzifə səlahiyyətlərinin başa çatdığı göstərilir.
Bəs universitetlərdə prorektorlar, dekan, dekan müavinləri və kafedra müdirlərinin iş prinsipləri necədir? Onlar necə təyin olunur və neçə müddətdən bir dəyişməlidir?
Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu göndərib.
Nazirlikdən saytımızın sorğusuna cavab olaraq bildirilib ki, təhsil müəssisələrinə kafedra müdiri, dekan və dekan müavini beş il müddətinə seçilir:
“Təhsil Nazirliyinin Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na uyğun olaraq kafedra müdiri və dekan vəzifəsinə seçilmiş namizədlə ali təhsil müəssisəsinin rektoru “Əmək müqaviləsinin nümunəvi forması”na uyğun olaraq beş il müddətinə əmək müqaviləsi bağlayır və müvafiq əmr verir. Dekan vəzifəsinin səlahiyyət müddəti də, digər məsələlər də bu Qaydalarla tənzimlənir
Prorektorların təyinatı ilə bağlı müddət də müqavilə ilə tənzimlənir”.
Bununla yanaşı, bildirilib ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət ali təhsil müəssisələrinin rəhbərlərini (rektor) vəzifəyə təyin etmək və vəzifədən azad etmək səlahiyyəti Azərbaycan Respublikasının Prezidentinə məxsusdur.
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (OMD xəstəxanası) həkimi Cəfərov Qafar tərəfindən hadisə törədilib. Bakunews.az bu barədş, məlumat verən 09.03.1988- il təvəlüdlü Röyal Ağayevin qardaşı qeyd edib. R.Ağayevin qardaşı bildirir ki, hadisənin baş vermə səbəbi qardaşımın 2 yaşlı uşağı əlindəki kiçik uşaq oyuncağını balkondan aşağı atması olub.
Beləki, həkim Q.Cəfərov yaşadığı mənzilin giriş hissəsində qeyri-qanuni qaraj yeri tikdirib. Uşağın oyuncağı bunun tikdirdiyi qarajın üzərinə düşüb. Bundan aonra C.Qafarov evindən çıxaraq 2 yaşlı uşağa aöyüş söyərək evlərinə və azyaşlıya daş atıb. Evdən isə R.Ağayevə baş verənləri bildiriblər. R.Ağayev isə öz növbəsinsə Q.Cəfərovun qapısın döyərək niyə belə etməsinin səbəbini öyrənmək məqsəsi daşıyıb. Qapını döydükdən sonra Röyal gözləmədiyi hücuma məruz qalıb.
Həkim Qafar Cəgərov bilinməyən əşya ilə R.Ağayevə ağır bədən xəsarəti yetirib. Aldığı xəsarətdən çoxlu qan itirən qardaşımı Sabunçu xəstəxanasına ağır halda çatıra bildik. Təcili əməliyyata ehtiyac olunduğundan həkjmlər yubanmadan əməliyyat etdilər. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Qaynar Xəttinə zəng edərək məlumat verdik. Amma 24 polis bölməsincən xəstəxanaya gələn müstəntiq qardaşıma ölümcül xəsarət yetirən Qafar Cəfərovun həbs edə bilməyəcəklərin onun həkim olduğu üçün iş başında olmalı olduğun qeyd etdilər.
Qanun hamı üçün qanundur həkim fəhlə dəxli olmadan. Necə olur ki, həkim evinin qarşısında adama ölümcül xəsarət yetirir amma 24 polis bölməsi buna seyirci qàlır. Həmçinin qeyd edim ki, prokurorluqdan həkimə cinayəg işi açılmaması üçün polisədə basqılar var. Bu həkim kimə və nəhə arxayın olaraq insan öldürməyə cəhd etdiyini hələfə anlaya bilməmişik. Mən sizin media vasitəsi ilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək qanunun aliliyikin qorunmasınada mənə kömək etməsini xahiş edirəm - deyə vətəndaş qeyd edib.
Vətəndaş Bakunews.az-a bildirir ki, dəfələrlə 102 qaynar xəttə zəng etməsinə baxmayaraq qardaşına xəsarət yetirən şəxs aaxlanılmahıb. Azadlıqda gəzif. Üstə gəl xaricdə təhsil alan oğluda yaxşıki atam sizinlə"razbiratsa" etdi, yoxsa mən gələcəkdim deyə hərbə dolu ifadələr işlətdiyi qeyd edilir.
Yazıda adları keçən şəxs və qurumların mövqeyni dinləməyə hazırıq.
“2020-ci il 1 yanvar tarixində qüvvəyə minəcək “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icbari tibbi sığortanın xidmətlər zərfi iki hissədən ibarət olacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Xalq qəzeti”nə müsahibəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
O bildirib ki, bu hissələr baza və əlavə hissələrdən ibarətdir:
“Baza hissəyə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, əlavə hissəyə isə ixtisaslaşdırılmış tibbi yardım aiddir. “Baza hissədən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istifadə edə bilərlər. Baza hissədən istifadə pulsuzdur və bu xidmətlər üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığortahaqqı ödənilməlidir. Burada bir məqamı qeyd edim ki, ölkə əhalisinin 45 faizini təşkil edən uşaqlar, tələbələr, pensiyaçılar, sosial müavinət və ünvanlı sosial yardım alan şəxslər, hamilə və sosial məzuniyyətdə olan qadınlar (Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsi və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda) üçün sığortahaqqının dövlət büdcəsi tərəfindən ödənilməsi nəzərdə tutulub”.
“Avtomatlaşdırılmış pensiya təyinatı mexanizmi vasitəsilə 10 min nəfərə elektron qaydada pensiya təyin olunub”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Regional Sosial Təminat Forumunda çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, bu ilin əvvəlindən “İşsizin DOSTu” proqramı artıq 36 min nəfər işsizin əmək müqaviləsi ilə ödənişli ictimai işlə təminatına imkan verib.
O, bu ilin ötən dövründə minimum pensiyaların və minimum əmək haqqının 40 faiz, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırıldığını qeyd edib.
S.Babayev qeyd edib ki, sosial təminat sistemi qarşısında dayanan çağırışlara uyğun islahatlar davam etdirilir, pensiya sisteminin yeni inkişaf konsepsiyası hazırlanır.
BSTA-nın Prezidenti Yoakim Bröyer isə qeyd edib ki, sosial təminatın qlobal səviyyədə öhdəliyi yüksək səviyyədə olmayıb: “Avropanın gələcəyi ilə bağlı müzakirə ediləcək məsələlər çoxdur. Bu müzakirələr təkcə sosial təminatının aktuallığı ilə deyil, onun sonu ilə bağlıdır. Sosial təminat sistemi cəmiyyətin, iqtisadiyyatın təməl sütunimuzun təşkil edəcək”.
Yoakim Bröyer vurğulayıb ki, avtomallaşdırma sayəsində iş yerlərinin sayı gələcəkdə azalacaq: “10 ildən sonra hər hansı sosial təminatı ola bilsin ki, təsəvvür edə bilməyək. Dəyişikliyin fonunda mühüm ismarıc da unudulmamalıdır. Digərləri deyil, bizlər, yəni sosial təminat sahəsindəki rəhbər şəxslər bu sahədə araşdırmalar aparmalı, əməli tədbirlər görməliyik. Yeni ideyalar üçün daha da irəli və siyasiləşdirilmiş dünyaya baxmalıyıq. Milliyətçilik deyil, beynəlmiləlçilik prinsiplərinə baxmalıyıq. Çətinliklərə ortaq həll tapmalıyıq”. Report
Hər zaman “uğurları” ilə öyünməyə adət etdiyimiz Azərbaycan səhiyyəsi hər kəsi təəccübləndirməkdə davam edir. Canını götürüb diyarbadiyar gəzən vətəndaşlarımıza səhiyyənin inkişafından danışılan nağıllar da artıq təsir etmir. Rüşvətin və korrupsiyanın çökdürdüyü səhiyyə sektoru yeni açılan,təmir edilən klinikaların, poliknikaların içərisində göz görə-görə can verir.
Rubrika.az saytına daxil olan məlumata görə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasının 17 saylı köməkçi yardım stansiyasının Müşfiqabad filialının özünün təcili yardıma ehtiyacı var. Müşfiqabad, 28 may, Aşağı Güzdək qəsəbələrinin,eləcə də yaxın kəndlərin əhalisinə tibbi yardım göstərməli olan bu yardım stansiyasının vur tut 2 təcili yardım maşını var. O da bəxt ilahi kiminsə yardımına yetişdisə böyük uğurdur. Qəsəbə sakinləri bəzən saatlarla təcili yardım maşını gözləməyə məcbur olurlar. Onsuz da maşının gəlməyəcəyini bilən xəstələr çox vaxt özləri təcili yardım stansiyasına həkim tapmaq ümidi ilə üz tuturlar. Amma,çifayda. Burada həkim tapmaq samanlıqda iynə tapmaqdan daha çətindir.
Təcili yardım stansiyasında ağır vəziyyətdə olan xəstəyə yardım etmək üçün həkim tapılmır. Xəstə yaxınlarının bildirdiyinə görə 103-ə zəng edib təcili yardım stansiyasına həkim göndərməyi tələb ediblər.Buna baxmayaraq stansiyaya yüksək təzyiqlə gəlmiş xəstəyə məsləhət görülür ki, 1 saat yarım gözləyin, növbə dəyişiləndə həkimlər gələcək. Əgər özlərində dərman olsa sizə yardım edəcəklər,çünki yardım çantaları təcili yardım maşınlarında gedib. Beləcə Müşfiqabad təcili yardım stansiyasında insan taleyi,sağlamlığı kimlərinsə əyləncə predmetinə çevrilib.
Budur Azərbaycan səhiyyəsinin “uğuru”, vətəndaşa verdiyi dəyər! Özü də paytaxtın bir addımlığında, özü də yüz minlərlə insanın yaşadığı böyük bir qəsəbədə! Bəlkə Səhiyyə nazirliyi axır ki,bu biabırçılığa reaksiya versin,tədbir görsün! Təcili yardımı belə olan səhiyyə sisteminin hansı vəziyyətdə olduğunu deməyə isə ehtiyac yoxdur! Rubrika.Az
Şəki rayonun Baş Göynük kənd sakini Vəliyev Fazil Hüseynbala oğlu tərəfindən prezident İlham Əliyevə şikayət məktubu ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Xatırladım ki, mən 5 nəfərlik ailəmə görə ünvanlı sosial yardım üçün 2016-cı ildən müraciət etmişdim Və uyğun olaraq 3 ay 198 manat yardım almışdım. 2017-ci ildən bu yardım formal səbəb ucbatından kəsilmişdir. Adını da qoymuşdular ki, guya elektrikə görə abonent kodunda problem varmış. Ona görə də bu saxtakarlığı nazirliyin Şəki rayon Şöbəsinə sübut etmək və yenidən yardımın verilməsini bərpa etmək üçün idarəyə aylarla ayaq döyməkdən yorulub, 2017-ci ilin 25 avqustda cənab Prezidentdən sosial yardımın verilməsi üçün məndən əvvəlcədən umulan 400 manat pulun mənim əvəzimə dövlət tərəfindən birdəfəlik yardım edilməsini xahiş etdim ki, yardımı ala bilim. 3-4 gündən sonra mənə əvvəlcə təzyiqlər başladı ki, sən idarəyə gəlib izahat yazmalısan ki, dövlət başçısına səhv edib şikayət yazmışam, qanmamışam, ağlım kəsməyib və s.
Şəki Dövlət Məşğulluq İdarəsinin rəsmiləri and-aman etdilər ki, Fazil vicdanımız haqqı, nəyə inanırsan ona and içirik ki, sabah idarəyə gəl, izahat yaz biz sənə yardımı iki-üç günə düzüb qoşuruq. Vəssəlam. Kişi kimi bu adamların yanında söz verirəm.
Mən onlara dedim ki, yaxşı ki, özünüz gəlmisiniz, bax bu 5 nəfərlik ailəmlə yaşadığım daxmamı öz gözlərinlə görün və inanın ki, vəziyyətimiz ağırdır. Onlar gözlərini yerə dikib durdular. Yenə and aman edib söz verdilər ki, sənin işin 100 faiz düzələcək. Mən də razı oldum ki, səhər gəlib izahatı yazaram ki, səhv edib şikayət yazmışam. Beləliklə mən də öz vədimə əməl edib onların diktəsilə təzyiq altında izahat yazdım. Budur,cənab Prezident! mənim Sizlərə etdiyim 8 avqust və 25 avqust 2017-ci il tarixli şikayətlərimdən sonra məni 4 dəfə Nazirliyin Şəki şöbəsinə dəvət etmişdilər. Budur aradan il yarım vaxt keçməsinə baxmayaraq heç bir halda Şəki DMX tərəfindən mənə ünvanlı sosial yardım yazmadılar. Amma nazirliyin rəsmi saytında mənim yaşadığım kənd üzrə ünvanlı social yardım alanların siyahısına baxanda başa düşdüm ki, bu dövlət yardımı real kasıblar üçün deyilmiş. Bu siyahıda keçmiş kolxoz sədrinin ailəsinin , qardaşlarının, çoxsaylı kənd təsəsrrüfatı texnikası olan məşhur fermerlərin və digər imkanlı şəxslərin adlarına rast gəlirəm. Deməli, bu imkanlı şəxslər kəndxudanı ( Şəki DMX müdiri olmuş Elçin müəllimi Bədən tərbiyəsi müəllimi) görüb, kəndi ( ünvanlı dövlət social yardımı) çapıb talayıblar. Mən və mənim kimi 3-cü qrup əlillər də qalmışıq 5-10 manat təqaüdün ümidinə ki, ailəmizi ölməmək üçün dolandıra bilək.
Sonuncu şikayətimi 27 mart 2019-cu ildə etdikdən dərhal 1 gün sonra Şəki DMX rəsmiləri yenə kənddəki daxmama gəlib əvvəlcə yoldaşımla mənim şəkillərimizi çəkdilər, sonra lazımi sənədləri tərtib edib getdilər ki, Fazil sənin işin bir iki günə düzələcək. Aradan 10gün keçdi və mən rayon mərkəzinə getdim. Kapital bankdan olan bank kartını yoxladım. Cəmi 20 qəpik vardı. Yenə rəisin qəbuluna düşüb soruşdum. Bəs söz verdiniz ki, Fazil sənin işini dərahal düzəldəcəyikl.Nə oldu? Rəhbər qeyd etdi ki, biz əlimizdən gələni etdik. Sənədləriniz də qaydasındadır. Daha bizlik bir şey qalmayıb. Qalıb təxcə Bakıdan Nazirlik dövlət ünvanlı sosial yardım üçün sənə düşən pulukartına yükləməyi. Vəssəlam. Budur aradn 2 ay yarım vaxt keçib. Amma Əmək və əhalinin Sosial müdafiəsi nazirliyi hələ də mənə hesablanan yardımı hesabıma ödəmir.
Elə ona görə də birbaşa Nazirliyin Dövlət Məşğulluq mərkəzinin müdiri cənab Fuad Musayevə müraciət edirəm.
Cənab Musayev biz yaşıd olsaq da, Sizdən fərqli olaraq mən imkansız çoxuşaqlı bir ailədə min bir əziyyətlə böyümüşəm.
Atam Hüseybala kişi adi bir xəstəxana sürücüsü olsa da heç vaxt ailəsinə haram tikə yedirməmişdir. Bax bircə ona görə də bu gün ağır vəziyyətdə yaşasam da fəxr edirəm ki. haramzada olmamışam, kişi kimi yetişmişəm. Bəli. Bu gün əlil olsam da dolanmaq üçün qəbir də qazıram, nökərçilik də edirəm. Amma kimsənin qabağında gözükölgəli işim yoxdur. Ona görə də Sizdən tələb edirəm ki, mənə ayrılmış “haqqı çatmayan ünvanlı sosial yardımımın “ dərhal hesabıma ödənilməsi barədə göstəriş verəsiniz.
Cənab Prezident, sağ olun ki, bizim kimi kasıbları adam yerinə qoymayan Sosial Təminat Nazirliyində baş alıb gedən qanunsuzların qarşısının alınması üçün lazımi tədbirlər gördünüz. Ümid etdik ki,F.ələkbərovdan, Səlim Müslümovdan sonra bizim kimi ümidsiz insanlara nisbətən xoş münasibət bəslənər. Hələlik aradan keçən son 1 il 6 ayda bunun şahidi olmuruq.
Odur ki, ümidim yalnız Cənab Prezidentin köməkliyinə qalıb. Dövlətimizin başçısısından xahiş edirəm ki, mənim 5 nəfərlik ailəmə ünvanlı sosial yardımın yenidən bərpa edilməsindən sonra ailəmin fiziki mövcud olması üçün nzərdə tutulan beş-on manat pulun hesabımıza köçürülməsinə köməklik göstərməyinizi və öz qulluq mövqeyindən süi-istifadə edərək dövlətin pulunu gizli sövdələşmələr nəticəsində mənimsəyənharınlamış məmurların son illərdəki qanunsuz fəaliyyətlərinin yoxlanılması barədə göstəriş verəsiniz. Allah amanında.
İMZA: 3-cü qrup əlil, 5 nəfərlik ailənin başçısı Vəliyev Fazil Hüseynbala oğlu mob.tel. 051-844 98 12. tarix: 13 may 2019-ci il".
İddia olunanlarla bağlı bütün tərəfləridinləməyə hazırıq...
18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Məktəblilər üçün muzey həftəsi”nə start verilib.
Təhsil Nazirliyindən bildirilib ki, “Məktəblilər üçün muzey həftəsi”nin təşkilində məqsəd 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı araşdırma və əlyazma nümunələrini əyani şəkildə tanıtmaq, şagirdləri ölkəmizin qədim tarixi, milli-mənəvi dəyərləri barədə daha ətraflı məlumatlandırmaqdır.
Proqram Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyilə keçirilir.
“Muzeylər və Nəsimi irsi” proqramı üzrə təşkil olunan layihə çərçivəsində məktəblilər muzeylərin kolleksiya fondu ilə tanış olacaq və ölkəmizin milli-mənəvi dəyərləri barədə geniş məlumat əldə edəcəklər.
Proqram ümumilikdə Bakı şəhəri üzrə 270-ə yaxın ümumtəhsil məktəbini, gimnaziya və liseyi əhatə edir. Ekskursiyalarda hər məktəbdən 30 nəfərlik qruplar olmaqla bütün şagirdlər iştirak edə bilərlər. Ümumtəhsil müəssisələri ümumilikdə 28 muzeydə təşkil olunacaq ekskursiyalarda iştirak üçün qrup sayı haqqında öncədən Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinə məlumat verməlidir.
“Muzeylər və Nəsimi irsi” proqramı üzrə ekskursiya olunacaq məkanlara Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı Kompleksi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Müasir İncəsənət Muzeyi, AMEA-nın Təbiət Tarixi Muzeyi, Miniatür Kitab Muzeyi, “Qala” Dövlət Arxeoloji-Etnoqrafiya Qoruğu, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, Qobustan Dövlət Tarix-Bədii Qoruğu, Milli Təhsil Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, YARAT Müasir İncəsənət Mərkəzi, YAY Gallery, Tusi Bohm Planetari, habelə Abdulla Şaiqin, Məmməd Səid Ordubadinin, Bülbülün, Cəlil Məmmədquluzadənin, Səməd Vurğunun, Üzeyir Hacıbəylinin, Nəriman Nərimanovun, Qara Qarayevin, Niyazinin və Tahir Salahovun ev-muzeyləri daxildir.
Qeyd edək ki, proqramın əhatə etdiyi Bakı məktəbləri seçilərkən onların muzeylərə yaxın məsafədə yerləşməsi nəzərə alınıb.
“Məktəblilər üçün muzey həftəsi” mayın 18-dək davam edəcək. Muzeylərə giriş ödənişsizdir.
Azərbaycanda iş yerlərində, o cümlədən təhsil və tibb müəssisələrində seksizm (cinsi ayrı-seçkilik) halları baş verir. Bəzi hallarda bu, zorakılığa məruz qalanların intihara əl atmasına gətirib çıxarır.
Trend-in məlumatına görə, bunu Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində Bakıda keçirilən “Gender bərabərliyi və media” adlı konfransda çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, CEDAW Komitəsinin üzvü Elgün Səfərov deyib.
Cinsi ayrı-seçkiliyin insan hüquq və azadlıqlarının pozulması olduğunu deyən E.Səfərov əlavə edib ki, dünyada 700 milyon qadın məcburi nikaha daxil olub. Azərbaycanda da məcburi nikaha daxilolma halları artıb.
Komitə rəsmisi seksizmlə yanaşı, seksual zorakılıq hallarının yayılmasına da toxunub. E.Səfərov bildirib ki, bəzən sosial şəbəkələr insanların seksual zorakılığın qurbanına çevrilməsinə səbəb olur. O, Azərbaycanda 24-30 yaşlı əhalinin 85 faizinin sosial şəbəkələrdən istifadə etdiyini də nəzərə çatdırıb.
E.Səfərov qeyd edib ki, seksizm məsələləri qanunvericilik aktlarına, Cinayət, İnzibati Xətalar məcəllərinə, “Gender təminatı haqqında” Qanuna daxil edilməlidir: “Qanunların həssas qruplara aid olması nəzərə alınmalıdır. Bir çox təşkilatların seksizm hərəkətlərinə qarşı mübarizə aparması vacibdir. Seksizmlə mübarizə sistemində ayrıca institut yaradılmalıdır. Gender bərabərliyi, qadın və qızlara qarşı edilən seksizm hərəkətləri ilə bağlı xüsusi tədqiqatlar aparılmalıdır. Mediada real vəziyyəti göstərmək lazımdır ki, nələr edilir və qadınlarla bağlı hansı problemlər var”.
Bakının Ələt qəsəbəsində yüzlərlə sakin “Narkomaniyaya yox!” şüarı altında aksiya keçirib.
Bu barədə Axar.az saytı məlumat yayıb.
Qəsəbə sakinlərinin məlumata görə, sakinlər son vaxtlar Ələtdə narkomaniyanın artmasından və gənclərin bu xəstəliyə yoluxmasından narahatlıqlarını bildiriblər. Aksiya iştirakçıları gənclərə bu bəladan uzaq olmaq çağırışı etməklə bərabər, hüquq-mühafizə orqanlarına da narkomaniyaya qarşı mübarizəni sərtləşdirmək tələbi səsləndiriblər.
Əraziyə polis qüvvələri cəlb edilib və aksiya iştirakçıları ilə danışıqlar aparılıb.
Rayon icra başçısı Süleyman Mikayılovun qəsəbə nümayəndəsi sakinlərə bildirib ki, rayon rəhbərliyi əhalinin bu aksiyasını dəstəkləyir və əhalidən bu işdə yardım gözləyir. Çünki narkomaniyaya qarşı mübarizə həm də ailədən başlayır və bu bəlaya qarşı hüquq-mühafizə orqanları, rayon rəhbərliyi ailələrlə birgə addımlar atmalıdır.
Sakinlərin sözlərinə görə, hüquq-mühafizə orqanları nəzarəti ən yüksək həddə gücləndirəcəklərini vəd ediblər.