ABŞ-ın Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp ABŞ-ı tənəzzüldə olan ölkə adlandırıb.
Axar.az xəbər verir ki, bu barədə Tramp X hesabında yazıb.
“İqtisadiyyatımız məhv edilib, sərhədlərimiz silinib. Biz tənəzzülə uğrayan bir xalqıq”, - deyə Tramp qeyd edib.
Qeyd edək ki, Tramp 3 ildən sonra yenidən X şəbəkəsində səhifəsini aktivləşdirib.