Azərbaycan xalqının Xocalı yarası heç vaxt sağalmayacaq, sağalmamalıdır da.

Çünki bunu unutsaq, Xocalı düzündə əliyalın, köməksiz şəkildə qətlə yetirilən insanların ruhunu incidər və eyni taleyi yenidən yaşaya bilərik. Amma 32 il sonra ilk dəfə bu gün - soyqırımın ildönümünü Prezident İlham Əliyev bu dəhşətin yaşandığı torpaqlarda yad edərkən, Xocalı yarası qaysaqlandı. Biz xalq olaraq Xocalı adı gələndə ilk dəfə bu gün rahat nəfəs ala bildik.

Bunu Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal Prezident İlham Əliyevin Xocalı şəhərində Xocalı soyqırımı memorialının təməlini qoyması haqda danışarkən deyib.

A.Camal qeyd edib ki, Prezidentin təməlini qoyduğu memorial təkcə soyqırımı abidəsi yox, Xocalıya, bütövlükdə isə insanlığa ədalətin abidəsidir:

“Azərbayacan xalqı bu ədaləti 32 ildir gözləyirdi. Hər il 26 fevralda o dəhşəti yenidən yaşayır, kadrlara baxanda hamımız xocalılı olurduq. Bu illər ərzində ən böyük amalımız, istəyimiz, gözləntimiz torpaqlarımızın azad olunması ilə yanaşı, ədalətin bərpası idi. Bunu ədalətdən, hüquqdan danışan dünya etmədi, dünya birliyi faktiki olaraq, Azərbaycan xalqına heç nə vermədi, beynəlxalq hüququn bərpası üçün kiçik bir addım belə atmadı. Bu ədaləti bu gün Xocalıya ayaq basan, ədalətsizliyə son qoymağın simvolu olan abidə ucaldan Lider - bizə, bu ölkəyə, bu xalqa Zəfəri yaşadan Prezident İlham Əliyev bərpa etdi. Xocalıda təməli qoyulan memorialı həm də ədalətsizliyə "yox” deməyin abidəsi adlandıra bilərik. Azərbaycan dövləti və onun lideri bütün dünyaya nümayiş etdirdi ki, haqq-ədalət tez və ya gec mütləq zəfər çalır”.

A.Camal bu gün Xocalıda ədalətin bərpa olunmasının torpaqlarımızın azad edilməsi, suverenliyimizin bərpa olunması qədər əhəmiyyətli olduğunu vurğulayıb:

“Çünki Xocalı soyqırımı bütün insanlığa qarşı törədilmiş cinayətdir və XX əsrin sonuncu ən dəhşətli qətliamıdır. Əgər belə soyqırımlar unudularsa, yenidən təkrarlana bilər. Prezident İlham Əliyevin Xocalıda təməlini qoyduğu memorial bütün bəşəriyyət üçün ədalətin bərpa edilməsi kimi qiymətləndirilməlidir”.

Politoloq 32 il sonra Xocalı soyqırımını bu dəhşətin yaşandığı torpaqlarda yad etməyin Azərbaycan tarixinin ən böyük hadisələrindən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, məsələnin mahiyyəti sadəcə “Prezident İlham Əliyev Xocalıya səfər etdi”, “Xocalıda soyqırım memorialının təməli qoyuldu” kimi bir cümləlik xəbərlərdən ibarət deyil:

“Bu, tarix boyu yaşadığımız, gördüyümüz ən böyük hadisələrdəndir. 44 günlük müharibəyə qədər hər il Xocalını uzaqdan yad edir, Xocalıya ədalət istəyirdik. Artıq Xocalıdayıq və dünyanın bizə vermədiyi, vermək istəmədiyi ədaləti özümüz gətirdik - gücümüzlə, birliyimizlə. Bu, Prezidentin memarı olduğu Azərbaycandır və bunu nə qədər kiçiltməyə, kölgələməyə çalışsalar da, tarix hər şeyi olduğu kimi yazacaq. Tarix Prezident İlham Əliyevi Azərbaycana Zəfəri və ədaləti gətirən, erməni faşizminə son qoyan lider olaraq tanıyacaq. Bunu kiçiltməyə cəhd edən, bəsit və diletant fikirlərlə kölgələmək istəyənlər var. Bacarmayacaqlar, çünki Azərbaycan xalqı və bəşər tarixi bu gün Xocalıda ədaləti kimin bərpa etdiyini öz gözləri ilə görür. Tarix buna kölgə salmaq istəyənləri də unutmayacaq, onların cılız iddiaları, ölkəmizin uğuruna olan nifrətləri özləri ilə birgə öləcək”.

21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!