Ermənistan XİN Ukrayna Prezidenti Vladimir Zelenskinin martın 4-də İrəvana səfər edəcəyi ilə bağlı məlumatı şərh edib.
Axar.az xəbər verir ki, Zelenskinin Ermənistana gələcəyi ilə bağlı KİV-də yayılan xəbəri nazirlik nə təkzib edib, nə də təsdiq edib.
"Deyə bilərik ki, yüksək səviyyəli səfərlər haqda vaxtında məlumat verilir", - Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.