Hazırda Ermənistanın daxilində və dünyada baş verən proseslər, İrəvana verilən dəstək sülh müqaviləsi ilə bağlı müzakirələrin son aylarda irəli aparılmasını çətinləşdirir.

Əgər Ermənistan yenidən hər hansı təxribatlara əl atarsa, bizim cavabımız proporsional olacaq. Ümumiyyətlə, adekvat cavablar olmasaydı, biz tez-tez erməni təxribatlarının şahidi olardıq.

Axar.az xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev deyib.

O bildirilib ki, Azərbaycan Vətən müharibəsindən sonra Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət sənəd göndərib və bu istiqamətdə çoxlu təşəbbüslərlə çıxış edib:

“Ermənistan tərəfi isə keçən zaman ərzində müxtəlif bəhanələr irəli sürərək sülhdən yayınmaq üçün fərqli mövqe ortaya qoyur. Belə ki, rəsmi İrəvan ölkəmizə qarşılıqlı silahlara nəzarət mexanizmi, habelə hücum etməmək haqqında pakt imzalamağı təklif edib. Hazırkı vəziyyətdə Ermənistanın bu təklifinin heç bir məntiqi əsası yoxdur. Çünki Azərbaycanın Ermənistana təklif etdiyi 5 baza prinsipi daxilində “dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək” barədə yazılıb. Bu təklifi Azərbaycan irəli sürdüyü üçün yenidən Ermənistanın oxşar bəyanat verməsi “oyun oynamaq”dan başqa bir şey deyil”.

Fərid Şəfiyev qeyd edib ki, 2023-cü il sentyabrın 19-da keçirilən antiterror tədbirlərindən sonra 5 aya yaxın müddətdə şərti sərhəddə sabitlik hökm sürdü:

“Lakin ermənilərin şərti sərhəddə təxribat törətməsi faktiki olaraq Ermənistanın münasibətlərin normallaşmasında maraqlı olmadığını göstərdi. Sülh müqaviləsi ilə bağlı müzakirələrin getdiyi bir zamanda ən fundamental məsələ Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycana qarşı ərazi iddialarının olmasıdır. Ona görə də bu iddialar hüquqi sənədlərdən çıxarıldıqdan sonra sülh müqaviləsi imzalana bilər. Bunun da presedenti yoxdur”.

21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!