Son xəbərlər

 
İki sabiq məmurun Atlantik okeanda “batan” sövdələşməsi – 86 milyonluq korrupsiya


Hüquqşünas Cavid Əfəndizadə: “Ziya Məmmədov da, Arif Əsgərov da dindirilməli, yeri gəlsə, istintaqa cəlb olunmalıdırlar”

Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsindən sonra işsiz qalan Ziya Məmmədov və onun müavini Arif Əsgərovun adları mətbuatın gündəmindən düşmür. Bir neçə müddətdir ki, Məmmədovla Əsgərovun adı həm də beynəlxalq korrupsiya qalmaqalında hallanmağa başlayıb. Məlum oldu ki, Nəqliyyat Nazirliyi 2013-cü ildə Kanadanın “Bombardier Inc.” şirkəti ilə Azərbaycan dəmir yollarının 500 km-lik bölməsində siqnal avadanlıqları quraşdırmaq üçün 340 milyon dollarlıq kontrakt bağlayıb. Kontrakt üzrə 56 milyon dollar ortadan itib.

Həmin vaxt bu məsələ dünya mətbuatının gündəmini zəbt etmişdi. Böyük yeyinti faktlarını üzə çıxaran isə İsveçin SVT telekanalı, TT agentliyi və “Radio Canada”, habelə mütəşəkkil cinayətkarlıq və korrupsiya araşdırmaları üzrə jurnalistika Mərkəzi OCCRP-dir. Jurnalistlər aşkara çıxarıblar ki, Kanadanın beynəlxalq nəqliyyat infrastrukturu şirkəti olan “Bombardier İnc”in bu ölkədəki törəmə şirkəti “Bombardier Transportattion”un vasitəsilə böyük korrupsiyaya yol veriblər. “Bombardier” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqaviləyə əsasən, 46 siqnal avadanlığı birbaşa Azərbaycana göndərilir, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan hansısa şirkətə köçürülür. Sövdələşməyə əsasən siqnalizasiya avadanlıqlarının təchizatı iki ayrı müqavilə əsasında həyata keçirilir.

Birinci müqavilə üzrə “Bombardier” şirkəti tərəfindən “Ebilock-950″ siqnalizasiya avadanlığı 126 milyon İsveç kronuna Londonda qeydiyyatdan keçmiş həmin ”Multiserv Overseas” şirkətinə satılır, həmin şirkət isə avadanlığı bu dəfə 5,5 dəfə baha qiymətə, yaxud o vaxtkı məzənnə ilə 695 milyon krona və ya 104 milyon dollara Azərbaycana satır. İsveç prokurorluğu bildirir ki, Azərbaycan məmurları “Bombardier” şirkəti ilə bağlanmış müqavilədən bu fırıldaq mexanizm sayəsində “otkat” alıblar. İsveç hüquq-mühafizə orqanları diqqəti belə fakta yönəldir ki, 2013-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin elan etdiyi həmin tenderə “Bombardier” şirkətindən başqa bir neçə şirkət də qatılmışdı və onlar xeyli aşağı qiymət təklif etmişdilər. Lakin müqavilə “Bombardier”lə bağlanıb. Həmçinin üzə çıxıb ki, müqavilə üzrə işlərin görülməsi zamanı 56 milyon dollar Azərbaycan məmurlarına ötürülüb. Bundan sonra Rusiya vətəndaşı olan şirkət əməkdaşı həbs olunub. O dövrdə məsəl ilə bağlı azərbaycanlı məmurların həbs edilə biləcəyi gözləntisi vardı. Amma sonrada işdəki əsas şahidin mövqeyini dəyişməsi məhkəmənin korrupsiya sövdələşməsini sona qədər araşdırmasına mane oldu. Məsələnin yenidən gündəmə gəlməsinə səbəb isə Dünya Bankının Kanadanın “Bombardier Inc.” şirkətinə korrupsiyaya görə xəbərdarlıq etməsidir.

Arif Əsgərov 6 il – 2009-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri postunu tutub. Göründüyü kimi, Arif Əsgərov vəzifədə olarkən adı böyük korrupsiya qalmaqallarında keçib, büdcənin dağıdılması, millətin pullarının talan edilməsi, həm də Azərbaycanın adının beynəlxalq aləmdə korrupsiya mövzusunda hallanmasına yol açan hərəkətlər edıb.

Bu ittihamlar təsdiqlənərsə, Arif Əsgərovu hansı cəza gözləyir?

Hüquqşünas Cavid Əfəndizadə deyir ki, rüşvətxorluq korrupsiyanın ən təhlükəli təzahürüdür: “Azərbaycan Respublikası CM-in 311-ci maddəsində rüşvət alma, 312-ci maddəsində isə rüşvət vermə cinayətləri nəzərdə tutulur. Rüşvət alma və rüşvət vermə korrupsiyanın ən geniş yayılmış və təhlükəli təzahür formalarından hesab edilir. Rüşvət alma cinayətinin təhlükəliliyi ondadır ki, o, hakimiyyətin və dövlət idarəçiliyinin əsaslarını sarsıdır, dövlət orqanlarını əhali qarşısında hörmətdən və nüfuzdan salır, vətəndaşların hüquq və mənafelərinin, mühüm sosial prinsiplər olan ədalətliliyin və bərabərliyin pozulmasına səbəb olur. Rüşvət vermənin spesifik xüsusiyyətlərinə gəlincə isə bu zaman dövlət qulluqçularının korrupsiyaya qurşanmasına əlverişli zəmin yaradılır, vətəndaşlar arasında qanun çərçivəsindən kənara çıxan davranışa yol verməyə meyl yaranır.

”Bombardier” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasındakı sövdələşmədə korrupsiya izlərinin olması, ortada Azərbaycana 5,5 dəfə baha qiymətə və ya 104 milyon dollar avadanlıq satılması faktı araşdırılmalıdır. Azərbaycan dövləti niyə 18 milyon dollarlıq avadanlığı 104 milyon dollara almalıdır? Həmin pul dövlət büdcəsindən ödənilib, yəni Azərbaycan xalqının puludur. Xalqın 86 milyon dollarının oğurlanması ilə bağlı çox ciddi, əsaslı şübhələr var. Bu şübhələr araşdırılmalı, hüquqi qiymət verilməlidir. Ziya Məmmədov da, Arif Əsgərov da həmin 86 milyon dolların artıq ödənməsi məsələsinə görə dindirilməli, yeri gəlsə, istintaqa cəlb olunmalıdırlar”.
21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!