Zakir Fərəcov Sumqayıtdan gedir - İDDİA















Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov yaxın müddətdə daha yüksək vəzifəyə təyin oluna bilər.

Reyting.az-a bu barədə ciddi mənbədən məlumat daxil olub.

Məlumata görə, Zakir Fərəcova hətta Prezident Administrasiyasında vəzifə veriləcəyi də istisna olunmur.

Onu hakimiyyətin yüksək vəzifəli məmurlarının bəziləri ilə qohum olduğunu diqqətə çatdıran mənbə, Sumqayıtın icra başçısına daha böyük etimad göstəriləcəyinin səbəbini də bununla izah edir.

Zakir Fərəcovun 2015-ci il sentyabrın 2-də Sumqayıta icra başçısı təyin olunmasından sonra şəhərdə abadlıq işləri çərçivəsində xeyli iş görülüb. Lakin bu zahiri abadlığın arxasında çox çirkin niyyətlərin gizləndiyini iddia edənlər də var. Məsələn, bəziləri iddia edir ki, Prezidentin ehtiyat fondundan şəhərin abadlaşdırılması məqsədilə ayrılan vəsaitlərin necə xərcləndiyi hələ ki araşdırılmasa da, lakin bəzi məmurlar abadlaşdırma işlərini bəhanə gətirərək buradakı iş adamlarından da pul yığıblar. Onların məhz Zakir Fərəcovun gəlişindən sonra böyük kapitala sahib olduqları da vurğulanır.

Mənbə onlardan ikisini xüsusi qeyd edir və başçının toxunulmaz hesab etdiyi həmin şəxslər şəhərdə həm də əsas söz sahibləri hesab olunurlar.

Onlardan biri icra başçısının müavini Fəzail Hüseynovdur. O, Zakir Fərəcovun müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiridir.

Mənbə iddia edir ki, onun “məharəti” sayəsində Sumqayıtda belə demək mümkünsə, şəhərin bugünkü vəziyyətə gəlib çatmasında xidmətləri olanlar və sayılıb-seçilən iş adamlarından heç kim qalmayıb. Onlar ya obyektlərindən məhrum ediliblər, ya da ev-eşiklərini satıb Sumqayıtdan getməklə belələrinin əlindən canlarını qurtarıblar.

“Sumqayıtdakı müəssisə rəhbərlərinin hamısı Fəzail Hüseynovun əli ilə vurulub. Çünki əsas söz sahibidir. Zakir Fərəcov da onun istəyinin əleyhinə çıxa bilmir”, – mənbə bunu da xüsusi vurğulayır.

Aparılan araşdırma nəticəsində məlum olub ki, Fəzail Hüseynovun ətrafında vaxtilə pulyığan böyük bir qrup da olub. Onların adları heç yerdə qeydiyyatda olmasa da, hamısı bahalı avtomobillərdə gəzirdilər. Bu qrupa daxil olanların əsas işi ancaq Fəzail Hüseynovun göstərişi ilə müəyyən adamlardan pul toplamaq idi. Hazırda onların bir neçəsi aradan çıxıb. Mənbə iddia edir ki, Sumqayıtdakı bəzi qanunsuz işlərə də məhz F. Hüseynov başçılıq edir. Bu özbaşınalıqlardan, qanunusuz əməllərdən icra başçısı Z. Fərəcovun da xəbəri olmamış deyil. F. Hüseynov dövlət məmuru olmaqdan əlavə, başçının xeyir-duası ilə elə bir səlahiyyət sahibinə çevrilib ki, obyektləri əllərindən alınmaq, yaxud sökülmək təhlükəsi ilə üzləşənlərin hamısı ancaq Fəzail Hüseynovun, necə deyərlər, saqqalının altından keçməli, onunla hesablaşmalıdır.

İddia olunur ki, Sumqayıtda adıçəkilən məmurun özbaşınalığından çoxları xəbərdardır. Belə olan halda, görəsən, Zakir Fərəcov öz komandasındakı məmurun özbaşınalıqlarından xəbərsizdirmi? Əgər belədirsə, deməli, başçı öz yerində deyil. Əksinədirsə, onda Fəzail Hüseynovun Sumqayıtda sözün həqiqi mənada at oynatmasına özünün xeyir-dua verdiyi də şübhə doğurmur. İndiki vəziyyətdə yalnız belə düşünmək olur.

Etiraf edək ki, Sumqayıtda abadlıq-quruculuq işləri gedir, şəhər gündən-günə yaxşı mənada simasını dəyişir. Buna görə şəhər rəhbərliyinə minnətdarlıq da düşür. Lakin bu anda sual yaranır: “Bu abadlıq işləri kimlərin hesabına aparılır?” İddia edə bilərsiniz ki, prezident İlham Əliyev vaxtaşırı Sumqayıtda aparılan abadlıq, yenidənqurma işlərinə dövlət büdcəsinin hesabından milyonlarla pul ayırır. Bu məbləğlər, doğrudanmı şəhərin abadlıq işlərinə yönəldilir? Buna əmin olmaq qətiyyən mümkün deyil. Əgər belədirsə, onda Xəzər dənizinin Sumqayıt şəhəri hissəsindəki ərazidə bulvar salınması üçün niyə sahibkarlardan pul yığılır? Araşdırma zamanı məlum olur ki, sahibkarlardan abadlıq üçün pul yığılmasında yenə Fəzail Hüseynovun adı çəkilir.

Fəzail Hüseynovdan söz düşəndə deyirlər ki, Sumqayıtdakı büdcə və büdcədənkənar təşkilatlarda “təmizləmə” işlərində də çox fəal olub.

İkinci şəxs şəhərin Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Adil Xudadatovdur. O da Sumqayıtdakı bəzi qanunsuz əməlləri ilə özünü demək olar hamıya tanıdıb, həm də sübut edib ki, hansı qanunsuzluğa imza atsa belə, Fərəcovun sayəsində toxunulmazlığını qoruyacaq.

Onu Zakir Fərəcov Abşeron rayonundan Sumqayıta başçı gələndə özü ilə gətirib. Yəni, cənab Fərəcov üçün sınaqdan çıxmış məmurdur. Hamı onu çox bacarıqlı alış-veriş ustası kimi tanıyır. Şəhərdə pərdə arxasında aparılan sövdələşmələrin başında dayanır. Rəhbərliyin qaydalarına, tələblərinə və göstərişlərinə tabe olmaqdan boyun qaçıran sahibkarlar bu şəxsin vasitəsilə, belə demək mümkünsə, “yola” gətirilir. O, Memarlıq və şəhərsalma idarəsində baş memardır. Adil Xudadadatov təkcə şəhərsalma üzrə baş memar deyil ha… Otağında bəzi sənədləri o imzlayır, idarənin bütün işlərinə isə Adil nəzarət edir. Onun razılığı olmadan heç bir sənəd təsdiqlənə bilməz.

Bəli, Zakir Fərəcov komandasına belələrini toplayıb. Görəsən, başçının bu iki məmurun qanunsuzluqlarından xəbəri yoxdurmu?

Yeri gəlmişkən, Nizami parkında baş verən özbaşınalıqlar da yaddan çıxmamalıdır. Mənbənin iddiasına görə, başçının etibarlı adamı sayılan Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev Fərəcovu guya aldadaraq parkın ərazisindəki tikinti ilə bağlı sənədə imza atdırıb. Sonradan məlum olub ki, Gündüz Əliyev başqasının adına parkda özünə obyekt tikdirib. Şəhərin mərkəzində başçının xeyir-duası olmadan kimsənin obyekt tikdirməyə cürəti çatardımı?

Sumqayıtlılar əmindirlər ki, Zakir Fərəcovun kölgəsində dayanıb şəhəri və buranın sakinlərini pis vəziyyətə salan bu şəxslər cəzasız qalmayacaqlar.

Sonda onu da qeyd edək ki, “Şərq bazarı” ticarət mərkəzinin sökülməsi də Zakir Fərəcovun buranın sahibi ilə şəxsi ədavətinin nəticəsi kimi qiymətləndirilir. Rəşid Babayev iddia edir ki, ticarət mərkəzi məhz Zakir Fərəcovun “xeyir-duası” ilə sökülüb. Sahibkarın sözlərinə görə, burada yeni ticarət mərkəzi tikilməsi ilə bağlı layihənin və sərəncamın alınması üçün 150 min manat pul verib və üzləşdiyi qanunsuzluqda Fəzail Hüseynovun da xüsusi rolu olub.
21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!