![]() |
![]() |
Kreml sözçüsü Dmitri Peskov Ağ Evdə görüş zamanı Trampın Lavrova İŞİD-lə bağlı məxfi məlumat ötürməsi barədə yayılan məlumatları axmaqlıq adlandırıb.
Axar.az xəbər verir ki, Rusiya rəsmisi belə məlumatların şərh edilməsinin doğru olmadığını deyib.
“Tamamilə axmaqlıqdır. Bu axmaqlıqla əlaqələndirilmək istəmirik. Burada təsdiqlənəcək və yaxud təkzib ediləcək bir xəbər yoxdur”, - Peskov bildirib.
Qeyd edək ki, “Vaşinqton Post” Trampın Lavrova İŞİD-lə bağlı məxfi məlumat verdiyini iddia etmişdi.
Bununla bağlı açıqlama yayan Ağ Ev belə məlmatların yalan olduğunu vurğulamışdı.