Pakistanın Hərbi Hava Qüvvələrinin İranda yerləşən terror yuvalarına hücumları dəqiq və təsirli olub.
Axar.az xəbər verir ki, bunu Pakistan Prezidenti Arif Alvi deyib.

"Milli təhlükəsizliyimizin təmini üçün istənilən addımı atacağıq", - Alvi bildirib.
Türkiyənin 32 vilayətdə separatçı terror təşkilatına qarşı "Qəhrəmanlar-41" əməliyyatı keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya məlumat yayıb.

Nazir əməliyyatlar çərçivəsində 113 nəfərin saxlanıldığını açıqlayıb.
İsrail ABŞ-ın Yəmən ərazisinə zərbələri barədə əvvəlcədən xəbərdar edilib və "Ənsar Allah" üsyançılarının cavabına hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb.

"Yəhudi dövlət üsyançılar və digər iranpərəst qruplar tərəfindən istənilən hərəkətə cavab vermək üçün yüksək hazırlıq vəziyyətindədir", - mənbə bildirib.

Bu gün səhər saatlarında İranın hərbi dəniz qüvvələri Oman dənizində neft tankerini ələ keçirib.

Axar.az xəbər verir ki, bu barədə "Royters" məlumat yayıb.

Hadisənin təfərrüatı və neft tankerinin hansı ölkəyə məxsus olduğu barədə əlavə məlumat verilməyib.