Türkiyəli məşhur aktyor Şener Kökkaya 82 yaşında dünyasını dəyişib.
Kult.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin sosial media hesabında məlumat paylaşılıb.
Məlumata görə, sənətçi 20 iyul tarixində vəfat edib.
Qeyd edək ki, Şener Kökkaya "Organize İşlər", "Vizontele", "Vizontele Tuuba" kimi filmlərdə çəkilib.