Azərbaycan əsilli fransız aktyor, rejissor, mədəniyyət xadimi Robert Hosseyn vəfat edib.
Kult.az xəbər verir ki, 93 yaşlı aktyor bu gün koronavirusdan müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, 1927-ci ildə Parisdə doğulan Hosseynin atası Əminulla Hüseynov Səmərqənd azərbaycanlılarından olub.
“Paris Notre Dame” tamaşası ilə daha məşhurlaşan aktyor “Döyüş gəmisi Potyomkin”, “Səfillər”, Yuli Sezar”, “İsa”, “Danton”, “Robespyer”, “Məryəm adlı qadın” və bu kimi bir çox filmin müəllifi olub.