Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayevə “Şərəf” ordeninin təqdimatı mərasimi keçirilib. Dünya şöhrətli yazıçıya mükafatı mədəniyyət naziri Əbülfəs Qarayev təqdim edib.
Çingiz Abdullayev Prezident İlham Əliyevə minnətdarlığını bildirib: "Oxucularıma da kitablarımı oxuduqlarına görə təşəkkür edirəm".