İşsizlik, əmək haqqı azlığı səbəbindən hazırda bir çox ailələrin maddi çətinlikləri var.

Bu sıxıntıların aradan qaldırılması üçün həmin ailələrə yardım edilməsi vacibdir. Xüsusən də çoxuşaqlı ailələrə dəstək məqsədilə uşaqpulunun bərpasını xüsusi qeyd etmək lazımdır. Bir çox ailə ilk övladın dünyaya gəlməsinə hazırlıq görür. Amma artıq ikinci, üçüncü, dördüncü uşağı dünyaya gətirmək problem olur. Ona görə də ailədə birinci uşaqdan sonrakı uşaqlara hər ay sabit məbləğdə uşaqpulu verilməsi yaxşı olardı. Bu, 100-150 manat da ola bilər və Azərbaycan üçün o qədər yüksək məbləğ deyil. Uşaqpulu üçün təxminən 1 milyarddan bir qədər yuxarı məbləğ tələb olunur ki, bu da büdcənin təxminən 1/40-i qədərdir. Ailənin ilk uşağından sonrakı uşaqlara uşaqpulunun verilməsi demoqrafik vəziyyətə də müsbət təsir edər.

Axar.az xəbər verir ki, bunu Bakupost.az-a iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, valideynlər üçün ən çox xərc yükü məhz 0-5 yaş arasında olur:

"Xüsusi baxım malları, yeməklər, səhiyyə xərcləri məhz bu yaş qrupunda daha çox olur. Ölkədə 0-5 yaş arası uşaqların sayı 700 mindən artıqdır. İlkin mərhələdə onların hər birinə 150 manat ödəmək üçün 1 milyard 278 milyon manat vəsait lazımdır. Bu vəsaiti ödəməyə dövlətin pulu var. Çünki onsuz da müxtəlif sosial paketlərlə 600 min uşağa ödənişlər edilir. Bunun üçün büdcədə vəsait indi də var. Deməli, təsnifatı dəyişməklə, ünvanlılığı və şəffaflığı artırmaqla ilkin mərhələdə 700 mindən artıq 0-5 yaş arası uşaqlara uşaqpulu vermək olar".

N.Cəfərlinin sözlərinə görə, bu zaman nəzarət mexanizmi də yaradılmalıdır ki, valideynlərin xərcləmə məsuliyyəti olsun:

"Yəni, həmin vəsaitin məhz uşaqlara xərclənməsi üçün monirotinq mexanizmi də qurulmalıdır. Hökumət bu işin fəlsəfəsini öyrənərək, ilkin mərhələdə 0-5 yaş uşaqlara ayda 150 manat ödəmək öhdəliyi götürür, 2025-ci ilə qədər bu mexanizm işləyir, doğuşun azaldığını nəzərə alaraq, 2025-ci ildə 0-5 yaş arası uşaqların sayı 600 min civarında olacaq, o yaş qrupuna ödənilən illik vəsait azalacaq, cəmi 1 milyard manata düşəcək. Deməli, 2025-də yaş qrupunun sərhədlərini artırmaq olar, 2025-dən sonra 0-5 yaş deyil, 0-10 yaş arası vətəndaşlara 150 manat ödəmək mümkündür. Növbəti 5 ildə bu mexanizm işləsə, 2030-cu ildə artıq 0-15 yaş arası uşaqlara ayda 150 manat ödəmək üçün iqtisadi imkanlar formalaşacaq. Beləliklə, ağılla, vicdanla, şəffaflıqla bu işə yanaşsalar, 2025-2030-cu illər arası 0-15 yaş qrupuna aid olan bütün uşaqlarımıza ayda 150 manat ödəniş etmək mümkündür. Dövlət gələcək nəsillər qarşısında sosial məsuliyyətini hiss etməlidir”.

13 May 2025 3 manatlıq kabab nə ətindəndir?
15 Aprel 2025 Büdcəyə 100 milyon manat vəsait bərpa olundu
26 Mart 2025 İran rialı dollar qarşısında tarixi minimuma düşdü
24 Mart 2025 Limon bahalaşacaq? - VİDEO
10 Mart 2025 Bu təqaüdlər də artırıldı: yeni artımlar da olacaq
08 Mart 2025 Azərbaycanda kartof bahalaşdı
03 Mart 2025 Bu şəxslərə birdəfəlik 1200, aylıq 250 manat ödəniləcək
24 Fevral 2025 Qarlı hava Azərbaycan iqtisadiyyatını da vurdu?
14 Fevral 2025 Avro və rubl manata qarşı bahalaşdı
05 Fevral 2025 Özümüz kərə yağı alırıq, Rusiyaya isə min ton satırıq?
04 Fevral 2025 Banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrıldı
29 Yanvar 2025 Mal və quzu əti yenidən bahalaşıb - VİDEO
27 Yanvar 2025 Ət yenidən BAHALAŞDI
24 Yanvar 2025 Azərbaycanda bu şəxslərin maaşı 90% artırıldı
23 Yanvar 2025 Qonşu ölkədə dollar kəskin bahalaşdı
22 Yanvar 2025 Gələn aydan bu müavinətin məbləği də artırılır
13 Yanvar 2025 Samir Şərifov daha bir vəzifəsini itirəcək
29 Dekabr 2024 Bu funksiyalar SOCAR-a ötürüləcək
29 Dekabr 2024 Yeni dövlət rüsumları müəyyənləşir
29 Dekabr 2024 Əvvəl 50 qəpik idi, indi 5 manat oldu - Açıqlama
23 Dekabr 2024 “Rabitəbank”dan yenilik, taksit funksiyalı Kartmane kartı
16 Dekabr 2024 Azərbaycanda siyasi partiyalara maliyyə yardımı artırılır
14 Dekabr 2024 Zamindən xəbərsiz kredit məbləği artırıla bilər?
13 Dekabr 2024 "Yelo Bank”da 516 milyonluq depozit yoxa çıxdı
13 Dekabr 2024 Azərbaycanda məmurdan inanılmaz fırıldaq
13 Dekabr 2024 Onlara da əmək pensiyası veriləcək
11 Dekabr 2024 Minsk diplomata edilən 100 minlik təklifə reaksiya verdi
11 Dekabr 2024 Universitetlərimiz reytinqdə niyə yüksələ bilmir?
10 Dekabr 2024 Sevindirici xəbər: Pensiya kapitalını birdəfəlik ala bilərsiniz
06 Dekabr 2024 Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdı