Ərzaq yumurtası tədarükü başlayandan (2023-cü ilin dekabrın 19-dan) bəri Azərbaycandan Rusiyaya 29,3 milyon ədəd yumurta ixrac edilib.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətindən ("Rosselxoznadzor") bildirilib.
“Martın 18-dən 24-dək olan müddətdə Yaraq-Qazmalar keçid məntəqəsi vasitəsilə Azərbaycandan 3,9 milyon ədəd ərzaq yumurtası sonrakı satış üçün Rusiyaya daxil olub”, - məlumatda qeyd olunub.