Yaz bayramı ərəfəsində Təbrizin əksər çörəkçilərində müxtəlif növ çörəklərin qiyməti bahalaşıb.
Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, əvvəlcədən xəbərdarlıq edilmədən çörəyin bahalaşması barədə verilən qərar narazılıqla qarşılanıb.
Yerli sosial media istifadəçiləri isə məsələ ilə paylaşımlarında bunu “məsulların təbrizlilərə bayram hədiyyəsi” adlandırıblar.