Türkiyə lirəsi yenidən ucuzlaşıb.
Axar.az xəbər verir ki, hazırda 1 dollar 29,55 lirə, avro isə 32,7 lirəyədir.
Bununla da lirə tarixi minimumda yeni rekorda imza atıb.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı 21 dekabrda uçot dərəcəsini 40%-dən 42,5%-ə qaldırmışdı və bunun lirəyə təsir edəcəyi gözlənilirdi.
Bununla bərabər, Türkiyədə 1 yanvar 2024-cü ildən minimum maaş 49% artırılaraq, 11,5 min lirədən 17,002 lirəyə qaldırılıb.