Amerikalılar dollar dövrünün bitməsi üçün hər şeyi edirlər.
Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının maliyyə bazarı üzrə komitəsinin rəhbəri Anatoli Aksakov deyib.
“ABŞ xəzinədarlığının rəhbəri ötən gün Konqresdə dollara marağın kəskin şəkildə azaldığını təsdiqlədi və özü də bunun siyasi faktorla bağlı olduğunu söylədi. Yəni ABŞ siyasi, qeyri-dost hərəkətləri ilə onun dominantlığını, dollara inamı sarsıdır”, - Aksakov bildirib.