Qadınların pensiya yaşının 63-də saxlanılması ilə bağlı “Əmək pensiyaları haqqında” qanunda müvafiq dəyişikliklərin edilməsi təklif olunub.
Bu barədə Ombudsman 2022-ci il üzrə məruzəsində danışıb.
Axar.az xəbər verir ki, millət vəkili Ceyhun Məmmədov AzTV-yə açıqlamasında pensiya yaşının getdikcə artırılaraq 65-ə çatdırılmasının məqsədəuyğun olmadığını deyib.
“Xanımların zərif cins olması nəzərə alınaraq pensiya yaşının 63 yaşda saxlanılması çox yaxşı təklifdir. Bunu uzatmaq bizim xanımlarımız üçün əlavə çətinliklər yaradar”, - deyə deputat əlavə edib.