Son xəbərlər

 

Dünya iqtisadiyyatı növbəti ciddi böhranla, resessiya ilə üzləşib, hətta artıq böhranın içindədir.

Dünyada getdicə artan inflyasiya, enerji və ərzaq böhranı, logistik zəncirlərin qırılması, yenilərinin yaranması ilə bağlı problemlər – bütün bunlar 2020-ci ildə kovid bəlasının dünya ölkələri tərəfindən doğru idarə edilməməsinin nəticəsidir.

Axar.az xəbər verir ki, bu barədə fikirləri iqtisadçı ekspert Natiq Cəfərli səsləndirib.

O bildirib ki, likvidliyin kəskin artırılması, bazarlara 17 trilyon dollar əlavə vəsaitin axıdılması, qapalı sərhədlər, ən sonda Rusiyanın Ukraynaya qarşı təzavüzü dünya iqtisadiyyatını diz üstə qoyub:

“Dünya dilemma ilə qarşı-qarşıya qalıb – ya kredit faizlərini (MB-ın uçot dərəcəsini artırmaq yolu ilə) artıraraq inflyasiya ilə mübarizə aparmaq, ya da likvidlik bolluğunu davam etdirərək inflyasiyanı daha da yüksəltmək. Görünən odur ki, dünya ölkələri birinci yola üstünlük verir - əksər MB-lar uçot dərəcəsini artırmaq yolu tutublar, bu yol inflyasiyanı cilovlaya bilər, amma iqtisadi aktivliyi boğacaq, iş yerlərini, insanların real gəlirlərini kəskin azaldacaq; bu yol yenə bir çox ölkələrdə sosial gərginliklərə, kütləvi etirazlara, nəticədə siyasi elitaların dəyişməsinə yol açacaq.

Qəribəsi budur ki, hətta ikinci yol seçilsə belə, yenə nəticə eyni olacaq – likvidliyin artması davam etdikcə inflyasiya da yüksələcək, qiymət artımları kütləvi etirazlara, seçkilərdə antielita qüvvələrə səs verməklə dəyişikliklərə səbəb olacaq.

Yəni, kovid səhvləri, hətta cinayətləri artıq dünya ölkələri elitasının boğazına keçmiş ipdir, hər hansı tərəfə çabaladıqca, ip daralır, siyasi “boğulma” çırpıntıları artır”.

Ekspert qeyd edib ki, 21 iyul 2022-ci ildə Avropa Mərkəzi Bankı uçot dərəcəsini 0,25% artıracaq:

“Bu avronu müvəqqəti olaraq nisbətən bahalaşdıracaq, amma 0,25% - inflyasiyaya qalib gəlmək üçün yetərli deyil, deməli, il sonuna qədər yenə faiz artımı olmalıdır. Yaxşı, AMB-ı faiz artımlarını davam etdirsə, fraqmental Avropa iqtisadiyyatının halı necə olacaq?! Yəni, Avropa iqtisadiyyatı fraqmentaldır – ölkələr eyni qaydada inkişaf etməyib, eyni ehtiyatlara malik deyillər, deməli, cənub və şərqi Avropa ölkələri faiz artımından daha çox zərər görəcəklər, iqtisadi daralma yüksələcək. Qərbi və Şimali Avropa ölkələri daha dayanıqlıdırlar, amma orda da iqtisadiyyatın 1%-i belə daralması böyük ölkələr üçün onminlərlə işsiz, onminlərlə müflisləşmiş şirkətlər deməkdir.

27 iyul 2022-ci ildə isə ABŞ-da FES-in (FED) növbəti toplantısı olacaq, zatən aqressiv faiz artımına başlayan FES bu dəfə ən az 0,75%, və ya hətta 1% uçot dərəcəsini artıra bilər: bu isə yenidən dollar indeksinin yüksəlməsinə, dolların bütün valyutalar qarşısında dəyər qazanmasının sürətlənməsinə səbəb olacaq. Doğuracağı nəticə isə ABŞ-da da kredit faizləri bahalaşacaq, bu isə iqtisadi daralma, işsizlik, insanların real gəlirlərinin azalması demək olacaq.

Bir sözlə, dünya siyasi elitası kovid biabırçılığına və Rusiyanın aqressiyasını önləyə bilmədiyinə görə çıxılmaz vəziyyətə düşüb. Bu isə onu deməyə əsas verir ki, yaxın zamanda dünya ölkələrində kardinal şəkildə siyasi idarəetmə elitası dəyişəcək”.

15 Aprel 2025 Büdcəyə 100 milyon manat vəsait bərpa olundu
26 Mart 2025 İran rialı dollar qarşısında tarixi minimuma düşdü
24 Mart 2025 Limon bahalaşacaq? - VİDEO
10 Mart 2025 Bu təqaüdlər də artırıldı: yeni artımlar da olacaq
08 Mart 2025 Azərbaycanda kartof bahalaşdı
03 Mart 2025 Bu şəxslərə birdəfəlik 1200, aylıq 250 manat ödəniləcək
24 Fevral 2025 Qarlı hava Azərbaycan iqtisadiyyatını da vurdu?
14 Fevral 2025 Avro və rubl manata qarşı bahalaşdı
05 Fevral 2025 Özümüz kərə yağı alırıq, Rusiyaya isə min ton satırıq?
04 Fevral 2025 Banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrıldı
29 Yanvar 2025 Mal və quzu əti yenidən bahalaşıb - VİDEO
27 Yanvar 2025 Ət yenidən BAHALAŞDI
24 Yanvar 2025 Azərbaycanda bu şəxslərin maaşı 90% artırıldı
23 Yanvar 2025 Qonşu ölkədə dollar kəskin bahalaşdı
22 Yanvar 2025 Gələn aydan bu müavinətin məbləği də artırılır
13 Yanvar 2025 Samir Şərifov daha bir vəzifəsini itirəcək
29 Dekabr 2024 Bu funksiyalar SOCAR-a ötürüləcək
29 Dekabr 2024 Yeni dövlət rüsumları müəyyənləşir
29 Dekabr 2024 Əvvəl 50 qəpik idi, indi 5 manat oldu - Açıqlama
23 Dekabr 2024 “Rabitəbank”dan yenilik, taksit funksiyalı Kartmane kartı
16 Dekabr 2024 Azərbaycanda siyasi partiyalara maliyyə yardımı artırılır
14 Dekabr 2024 Zamindən xəbərsiz kredit məbləği artırıla bilər?
13 Dekabr 2024 "Yelo Bank”da 516 milyonluq depozit yoxa çıxdı
13 Dekabr 2024 Azərbaycanda məmurdan inanılmaz fırıldaq
13 Dekabr 2024 Onlara da əmək pensiyası veriləcək
11 Dekabr 2024 Minsk diplomata edilən 100 minlik təklifə reaksiya verdi
11 Dekabr 2024 Universitetlərimiz reytinqdə niyə yüksələ bilmir?
10 Dekabr 2024 Sevindirici xəbər: Pensiya kapitalını birdəfəlik ala bilərsiniz
06 Dekabr 2024 Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdı
06 Dekabr 2024 “Bank Respublika” “2025-ci il üçün 25% endirim” kampaniyasına start verdi