Son xəbərlər

 

2022-ci ilin birinci yarımilliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 8 minə yaxın mikro, kiçik və orta sahibkarlıq subyektinə, eləcə də biznesə başlamaq istəyən şəxslərə bilik və bacarıqlarının artırılması məqsədilə təlim, məsləhət və digər xidmətlər göstərilib.

 

Ölkənin 21 şəhər və rayonunda fəaliyyət göstərən KOB inkişaf mərkəzləri (KOBİM) tərəfindən 6000-dən çox sahibkarın, biznesə başlamaq istəyən şəxsin və startapın iştirakı ilə 400-dən artıq ödənişsiz biznes təlim təşkil olunub. Təlimlər biznesin planlaşdırılması və inkişafı, "yaşıl iqtisadiyyat", korporativ hüquq, marketinq və satış, maliyyə, vergilər, sığorta, insan resurslarının idarə edilməsi, ixrac, sahibkarlıq sahəsində qanunvericilik, peşəkar ünsiyyət bacarıqları və digər istiqamətləri əhatə edib.

KOBİM-lər tərəfindən qeyd olunan dövrdə 1000-ə yaxın sahibkara biznes ideyanın reallaşdırılması üçün dövlət və özəl qurumlarla əlaqələndirmə, maliyyə resurslarına çıxış və digər istiqamətlərdə məsləhət xidmətləri təqdim edilib.

2022-ci ilin birinci yarısında KOBİM-lər Bakı şəhəri və regionları əhatə edəcək 170-a yaxın layihə üzrə biznes planın hazırlanmasında sahibkarlara və biznesə başlamaq istəyənlərə dəstək olub.

KOBİM-lər 180-dən çox yeni KOB subyektinin yaradılmasına dəstək göstərib.

KOB subyektlərinin, sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərin və startapların onlayn qaydada biznes sahəsində biliklərinin və məlumatlığının artırılması, təlim ehtiyaclarının qarşılanması üçün KOBİA tərəfindən yaradılmış videotəlim platformasından istifadə edənlərin sayı 800-ə yaxın olub. Qeyd edək ki, KOB subyektləri və biznesə başlamaq istəyən şəxslər www.kobim.az saytının videotəlim platforması bölməsində qeydiyyatdan keçməklə ödənişsiz olaraq biznesə başla, korporativ hüquq, layihə idarəetməsi, maliyyə, satış, marketinq, turizm və ixrac prosesinin təşkili istiqamətlərində 180 təlim videosundan faydalana bilərlər.

Bu dövrdə KOBİA-nın və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) əlaqələndiricisi olduqları "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində 22 sahibkar və menecer müsahibədən uğurla keçərək Almaniyada beynəlxalq ixtisasartırma kursunda iştirak ediblər. Ümumilikdə isə 2009-2022-ci illərdə 500-dən çox sahibkar və menecer proqramdan yararlanıb.

15 Aprel 2025 Büdcəyə 100 milyon manat vəsait bərpa olundu
26 Mart 2025 İran rialı dollar qarşısında tarixi minimuma düşdü
24 Mart 2025 Limon bahalaşacaq? - VİDEO
10 Mart 2025 Bu təqaüdlər də artırıldı: yeni artımlar da olacaq
08 Mart 2025 Azərbaycanda kartof bahalaşdı
03 Mart 2025 Bu şəxslərə birdəfəlik 1200, aylıq 250 manat ödəniləcək
24 Fevral 2025 Qarlı hava Azərbaycan iqtisadiyyatını da vurdu?
14 Fevral 2025 Avro və rubl manata qarşı bahalaşdı
05 Fevral 2025 Özümüz kərə yağı alırıq, Rusiyaya isə min ton satırıq?
04 Fevral 2025 Banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrıldı
29 Yanvar 2025 Mal və quzu əti yenidən bahalaşıb - VİDEO
27 Yanvar 2025 Ət yenidən BAHALAŞDI
24 Yanvar 2025 Azərbaycanda bu şəxslərin maaşı 90% artırıldı
23 Yanvar 2025 Qonşu ölkədə dollar kəskin bahalaşdı
22 Yanvar 2025 Gələn aydan bu müavinətin məbləği də artırılır
13 Yanvar 2025 Samir Şərifov daha bir vəzifəsini itirəcək
29 Dekabr 2024 Bu funksiyalar SOCAR-a ötürüləcək
29 Dekabr 2024 Yeni dövlət rüsumları müəyyənləşir
29 Dekabr 2024 Əvvəl 50 qəpik idi, indi 5 manat oldu - Açıqlama
23 Dekabr 2024 “Rabitəbank”dan yenilik, taksit funksiyalı Kartmane kartı
16 Dekabr 2024 Azərbaycanda siyasi partiyalara maliyyə yardımı artırılır
14 Dekabr 2024 Zamindən xəbərsiz kredit məbləği artırıla bilər?
13 Dekabr 2024 "Yelo Bank”da 516 milyonluq depozit yoxa çıxdı
13 Dekabr 2024 Azərbaycanda məmurdan inanılmaz fırıldaq
13 Dekabr 2024 Onlara da əmək pensiyası veriləcək
11 Dekabr 2024 Minsk diplomata edilən 100 minlik təklifə reaksiya verdi
11 Dekabr 2024 Universitetlərimiz reytinqdə niyə yüksələ bilmir?
10 Dekabr 2024 Sevindirici xəbər: Pensiya kapitalını birdəfəlik ala bilərsiniz
06 Dekabr 2024 Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdı
06 Dekabr 2024 “Bank Respublika” “2025-ci il üçün 25% endirim” kampaniyasına start verdi