İyulun 15-də ölkə üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Bu barədə Axar.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd edək ki, bu il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın növbəti rüb üzrə ödəniləcək 50 manatı da iyul ayının pensiyasının üzərinə əlavə olunacaq. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.