Son xəbərlər

 

Hazırda ölkədə soğan və kartof kəskin bahalaşıb.

Bir ay bundan əvvəl kiloqramı 50-55 qəpiyə olan soğan hazırda bazarlarda kiloqramı 1,30 manata satılır. Kartofun qiyməti isə 1 manatdan 1,70 manata çatıb.

Milli.Az xəbər verir ki, "report" soğanın və kartofun qiymətinin kəskin bahalaşmasının səbəblərini araşdırıb.

Ağdamda uzun illərdir ki, soğan əkini ilə məşğul olan fermer "Report"a soğanın qiymətinin ölkədə kəskin artmasına münasibət bildirərkən qeyd edib ki, ölkənin anbarlarında kifayət qədər məhsul var: "Ölkədə soğan qıtlığının yaşanması mümkün deyil. Fermerlər soğanı adətən iki anbarda saxlayırlar. Soyuducu anbarlarından başqa məhsul fermerlərin sahələrdə yaratdığı anbarlarda da saxlanılır. Soğan soyuducu anbarlardan adi anbarlara daşınarkən istehsalda 5 %-lik azalma olur. Çünki məhsul çeşidlənir və xarab olmuş soğan atılır. Bahalaşma isə bu keçid dövrünə görə olub. Qeyd edim ki, yaxın 20 gün ərzində bazara faraş soğan daxil olacaq. Yaxın zamanlarda bazarda soğanın ucuzlaşmasını gözləyirik".

Faraş soğanda bu il qeydə alınan məhsuldarlıqdan danışarkən fermer qeyd edib ki, bu il faraş soğan çox əkilməyib: "Faraş soğanı Bərdə fermerləri əkirlər. Bərdə fermerləri üç ildir ki, ziyana uğrayırlar. Bərdədəki fermerlər soğan istehsalına çəkdikləri xərcin yarı qiymətinə məhsullarını sata bilmədikləri üçün artıq çoxları əkmirlər. Bərdə bu il daha az faraş soğan bazara çıxaracaq. Soğan əkini ümumiyyətlə çox əziyyətli və vəsait tələb edən sahədir. Təzə soğanın qiymətinin 2021-ci il mövsümü ilə müqayisədə artması da gözlənilir".

O, əlavə edib ki, bu il soğanda xəstəlik var idi, qarşısı alına bilmədi: "Ölkəyə gətirilən dərmanların keyfiyyətindən fermerlər razı deyil. Soğan istehsalında istifadə edilən dərmanların zərərvericilərlə mübarizədə güclü təsiri yoxdur. Ona görə də fermerlərin bu il soğanda məhsuldarlığı az olub. Bununla yanaşı, fermerlər çox əziyyət çəkirlər, ölkədə mütəxəssislər, aqronomlar yoxdur. Aqronomlar yetişdirən müəllimlər sahələrə gəlirlər, lakin əkin-səpin prosesləri ilə bağlı təcrübələri yoxdur. Bu cür müəllimlərin yetişdirdikləri tələbələrin peşəkar aqronom olmaq ehtimalı azdır. Zərərvericilər, xəstəliklərin inkişaf edir, ancaq aqronomlar inkişaf edə bilmir. Ona görə də bu cür problemlərin artması proqnozlaşdırılır".

15 Aprel 2025 Büdcəyə 100 milyon manat vəsait bərpa olundu
26 Mart 2025 İran rialı dollar qarşısında tarixi minimuma düşdü
24 Mart 2025 Limon bahalaşacaq? - VİDEO
10 Mart 2025 Bu təqaüdlər də artırıldı: yeni artımlar da olacaq
08 Mart 2025 Azərbaycanda kartof bahalaşdı
03 Mart 2025 Bu şəxslərə birdəfəlik 1200, aylıq 250 manat ödəniləcək
24 Fevral 2025 Qarlı hava Azərbaycan iqtisadiyyatını da vurdu?
14 Fevral 2025 Avro və rubl manata qarşı bahalaşdı
05 Fevral 2025 Özümüz kərə yağı alırıq, Rusiyaya isə min ton satırıq?
04 Fevral 2025 Banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrıldı
29 Yanvar 2025 Mal və quzu əti yenidən bahalaşıb - VİDEO
27 Yanvar 2025 Ət yenidən BAHALAŞDI
24 Yanvar 2025 Azərbaycanda bu şəxslərin maaşı 90% artırıldı
23 Yanvar 2025 Qonşu ölkədə dollar kəskin bahalaşdı
22 Yanvar 2025 Gələn aydan bu müavinətin məbləği də artırılır
13 Yanvar 2025 Samir Şərifov daha bir vəzifəsini itirəcək
29 Dekabr 2024 Bu funksiyalar SOCAR-a ötürüləcək
29 Dekabr 2024 Yeni dövlət rüsumları müəyyənləşir
29 Dekabr 2024 Əvvəl 50 qəpik idi, indi 5 manat oldu - Açıqlama
23 Dekabr 2024 “Rabitəbank”dan yenilik, taksit funksiyalı Kartmane kartı
16 Dekabr 2024 Azərbaycanda siyasi partiyalara maliyyə yardımı artırılır
14 Dekabr 2024 Zamindən xəbərsiz kredit məbləği artırıla bilər?
13 Dekabr 2024 "Yelo Bank”da 516 milyonluq depozit yoxa çıxdı
13 Dekabr 2024 Azərbaycanda məmurdan inanılmaz fırıldaq
13 Dekabr 2024 Onlara da əmək pensiyası veriləcək
11 Dekabr 2024 Minsk diplomata edilən 100 minlik təklifə reaksiya verdi
11 Dekabr 2024 Universitetlərimiz reytinqdə niyə yüksələ bilmir?
10 Dekabr 2024 Sevindirici xəbər: Pensiya kapitalını birdəfəlik ala bilərsiniz
06 Dekabr 2024 Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdı
06 Dekabr 2024 “Bank Respublika” “2025-ci il üçün 25% endirim” kampaniyasına start verdi