Rusiyanın təbii qaz ixracı bu ilin ilk üç ayında keçən ilin eyni dövrü ilə müqayisədə 27,1 faiz azalaraq, 38,5 milyard kubmetrə düşüb.
Axar.az xəbər verir ki, bu barədə “Qazprom” məlumat yayıb.
Məlumatda bildirilir ki, şirkətin ilin ilk üç ayında təbii qaz hasilatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyişməyib, təbii qaz ixracatı isə azalıb.