Vergi orqanında uçotda olmayan istehlakçılara mal təqdim edilməsinə görə topdansatış ticarət fəaliyyəti ilə məşğul olan obyektə maliyyə sanksiyası tətbiq edilə bilərmi?
Dövlət Vergi Xidmətindən Milli.Az-a bildirilib ki, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə görə, il ərzində birinci dəfə yol verdikdə malları təqdim edən şəxsə həmin malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, 3 və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.