Son xəbərlər

 

Dünyanın, eləcə də Azərbaycanın ictimai, sosial və mədəni həyatında, iqtisadiyyatda qadınların rolu artır.

 

KOBİA-dan Milli.Az-a verilən məlumata görə, 2022-ci ilin 1 yanvar tarixinə ölkəmizdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş sahibkarların 21,4%-ni qadınlar təşkil edib. Sahibkar qadınların 30,5%-i Bakıda, 10,1%-i Lənkəran-Astara, 8,8%-i Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Qadın sahibkarların əsas hissəsi xidmət (52,4%), kənd təsərrüfatı (24%) və digər sahələrdə fəaliyyət göstərirlər.

Qadınların özünüməşğulluğa və sahibkarlıq fəaliyyətinə təşviqi, qadın sahibkarlığının inkişafına dəstək göstərilməsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyətində prioritet istiqamətlərdəndir. Qadınlar biznes fəaliyyətinə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək üçün Agentliyin təlim, məsləhət, beynəlxalq ixtisasartırma, maliyyə resurslarına və satış bazarlarına çıxış, qrant, sərgilərdə iştirak, "kobmarket.az" ticarət portalı, daxili bazar araşdırması, "Startap" şəhadətnaməsi və s. dəstək və xidmətlərindən yararlanırlar. İndiyədək 5 qadın sahibkara qrant, 4 qadın sahibkara "Startap" şəhadətnaməsi verilib. 2021-ci ildə və cari ilin yanvar-fevral aylarında 30-a yaxın qadın sahibkarın ölkəmizdə və xaricdə keçirilmiş sərgilərdə iştirakı dəstəklənib. Ötən il Agentliyin KOB inkişaf mərkəzləri tərəfindən təşkil olunmuş təlim və məsləhət xidmətlərindən 9 minə yaxın qadın sahibkar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən qadınlar faydalanıb. KOBİA-nın əlaqələndiricisi olduğu beynəlxalq ixtisasartırma proqramından faydalanmış sahibkar və menecerlərin 21%-ni qadınlar təşkil edir.

Qadın sahibkarlığının dəstəklənməsi, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin araşdırılması, qadınların biznes fəaliyyətinə təşviqi və özünüməşğulluğunun təmin edilməsinə dəstək məqsədilə KOBİA bir sıra yerli və xarici təşkilatlarla da əməkdaşlıq edir. Agentlik yanında İctimai Şurada Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası fəal şəkildə təmsil olunur.

İşğaldan azad olunmuş ərazilərimizdə biznes qurmaq istəyən, eləcə də iş və xidmətlərini təklif edən sahibkarlardan indiyədək KOBİA-ya 1000-dən çox müraciət daxil olub ki, bunun 50-yə yaxını qadın sahibkarlara məxsusdur.

Ölkəmizin dayanıqlı inkişafında qadın sahibkarlığının rolunun, KOB subyektləri arasında qadınların sayının daha da artması üçün potensial böyükdür. Qadın sahibkarlar Azərbaycanın əlverişli biznes mühitindən, sahibkarlıq fəaliyyəti üçün yaradılmış imkanlardan və dövlət dəstəyi mexanizmlərindən faydalanmaqla iqtisadiyyatımıza, məşğulluğun təmin olunmasına daha çox töhfə verə bilərlər.

15 Aprel 2025 Büdcəyə 100 milyon manat vəsait bərpa olundu
26 Mart 2025 İran rialı dollar qarşısında tarixi minimuma düşdü
24 Mart 2025 Limon bahalaşacaq? - VİDEO
10 Mart 2025 Bu təqaüdlər də artırıldı: yeni artımlar da olacaq
08 Mart 2025 Azərbaycanda kartof bahalaşdı
03 Mart 2025 Bu şəxslərə birdəfəlik 1200, aylıq 250 manat ödəniləcək
24 Fevral 2025 Qarlı hava Azərbaycan iqtisadiyyatını da vurdu?
14 Fevral 2025 Avro və rubl manata qarşı bahalaşdı
05 Fevral 2025 Özümüz kərə yağı alırıq, Rusiyaya isə min ton satırıq?
04 Fevral 2025 Banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrıldı
29 Yanvar 2025 Mal və quzu əti yenidən bahalaşıb - VİDEO
27 Yanvar 2025 Ət yenidən BAHALAŞDI
24 Yanvar 2025 Azərbaycanda bu şəxslərin maaşı 90% artırıldı
23 Yanvar 2025 Qonşu ölkədə dollar kəskin bahalaşdı
22 Yanvar 2025 Gələn aydan bu müavinətin məbləği də artırılır
13 Yanvar 2025 Samir Şərifov daha bir vəzifəsini itirəcək
29 Dekabr 2024 Bu funksiyalar SOCAR-a ötürüləcək
29 Dekabr 2024 Yeni dövlət rüsumları müəyyənləşir
29 Dekabr 2024 Əvvəl 50 qəpik idi, indi 5 manat oldu - Açıqlama
23 Dekabr 2024 “Rabitəbank”dan yenilik, taksit funksiyalı Kartmane kartı
16 Dekabr 2024 Azərbaycanda siyasi partiyalara maliyyə yardımı artırılır
14 Dekabr 2024 Zamindən xəbərsiz kredit məbləği artırıla bilər?
13 Dekabr 2024 "Yelo Bank”da 516 milyonluq depozit yoxa çıxdı
13 Dekabr 2024 Azərbaycanda məmurdan inanılmaz fırıldaq
13 Dekabr 2024 Onlara da əmək pensiyası veriləcək
11 Dekabr 2024 Minsk diplomata edilən 100 minlik təklifə reaksiya verdi
11 Dekabr 2024 Universitetlərimiz reytinqdə niyə yüksələ bilmir?
10 Dekabr 2024 Sevindirici xəbər: Pensiya kapitalını birdəfəlik ala bilərsiniz
06 Dekabr 2024 Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdı
06 Dekabr 2024 “Bank Respublika” “2025-ci il üçün 25% endirim” kampaniyasına start verdi