Azərbaycanda dövriyyədə saxta pul nişanlarının olması ilə bağlı görüntülər ortaya çıxıb.
Axar.az Ölkə.az-a istinadən xəbər verir ki, bəzi şəxslər saxta 5 manatlıq əsginasları videolentə alaraq vətəndaşlara xəbərdarlıq edib.
Videogörüntüdən məlum olur ki, saxta 5 manatlıq pul nişanının arxa tərəfində üzərində MANAT yazılmış mühafizə sapı daha açıq rəngli və qeyri-dəqiq görünür. Eləcə də işıq altında baxdıqda saxta pul əsginasında gerb elementləri görünmür.
Qeyd edək ki, saxta pul nişanlarının hazırlanması və satışı ilə məşğul olan şəxslər Azərbaycan Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.