Son xəbərlər

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

 

AQTA-dan Milli.Az-a bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 2021-ci il 26 noyabr tarixində İran İslam Respublikasından "Palen AS" MMC tərəfindən idxal edilən 11 657 kq, 2021-ci il 8-9 dekabr tarixində "Amotrade" MMC tərəfindən idxal olunan 7 500 kq, "Tissot" MMC tərəfindən idxal olunan 7 200 kq bibər məhsulundan Agentliyin mütəxəssisləri tərəfindən götürülən nümunələrin laborator müayinəsi nəticəsində qonur qırışıqlıq virusu aşkar edilib. Qeyd edək ki, nümunələrin götürülməsi zamanı yük sahiblərinin və onların səlahiyyətli nümayəndələrinin iştirakı təmin edilib, ekspertiza keçirilənə qədər məhsul partiyalarının toxunulmazlığı barədə yük sahibləri xəbərdarlıq edilərək onlardan iltizam alınıb.

Qanunvericiliyə və beynəlxalq təcrübəyə əsasən, idxal olunan bibər məhsulunda qonur qırışıqlıq virusu aşkar olunarsa, məhsul aidiyyəti qurumun iştirakı ilə fitosanitar karantin tələblərinə əməl edilməklə məhv edilir. Beləliklə, virus aşkarlanan "Amotrade" MMC (7 500 kq) və "Tissot" MMC-yə (7 200 kq) məxsus bibər məhsulu partiyaları məhv edilib. Lakin yuxarıda qeyd edilən "Palen AS" MMC-yə (11657 kq) məxsus bibər məhsulunun saxlandığı anbara Agentlik əməkdaşları tərəfindən məhsulun məhv edilməsi üçün keçirilən təkrar baxış zamanı, iltizamnamənin alınmasına baxmayaraq, yük partiyasının qanunsuz olaraq satıldığı və müvafiq tələblərin yerinə yetirilmədiyi müəyyən edilib.

Aşkar olunmuş qanunsuz fəaliyyətlə bağlı məsələyə hüquqi qiymətin verilməsi üçün zəruri məlumatlar toplanaraq hüquq-mühafizə orqanlarına təqdim olunub.

15 Aprel 2025 Büdcəyə 100 milyon manat vəsait bərpa olundu
26 Mart 2025 İran rialı dollar qarşısında tarixi minimuma düşdü
24 Mart 2025 Limon bahalaşacaq? - VİDEO
10 Mart 2025 Bu təqaüdlər də artırıldı: yeni artımlar da olacaq
08 Mart 2025 Azərbaycanda kartof bahalaşdı
03 Mart 2025 Bu şəxslərə birdəfəlik 1200, aylıq 250 manat ödəniləcək
24 Fevral 2025 Qarlı hava Azərbaycan iqtisadiyyatını da vurdu?
14 Fevral 2025 Avro və rubl manata qarşı bahalaşdı
05 Fevral 2025 Özümüz kərə yağı alırıq, Rusiyaya isə min ton satırıq?
04 Fevral 2025 Banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrıldı
29 Yanvar 2025 Mal və quzu əti yenidən bahalaşıb - VİDEO
27 Yanvar 2025 Ət yenidən BAHALAŞDI
24 Yanvar 2025 Azərbaycanda bu şəxslərin maaşı 90% artırıldı
23 Yanvar 2025 Qonşu ölkədə dollar kəskin bahalaşdı
22 Yanvar 2025 Gələn aydan bu müavinətin məbləği də artırılır
13 Yanvar 2025 Samir Şərifov daha bir vəzifəsini itirəcək
29 Dekabr 2024 Bu funksiyalar SOCAR-a ötürüləcək
29 Dekabr 2024 Yeni dövlət rüsumları müəyyənləşir
29 Dekabr 2024 Əvvəl 50 qəpik idi, indi 5 manat oldu - Açıqlama
23 Dekabr 2024 “Rabitəbank”dan yenilik, taksit funksiyalı Kartmane kartı
16 Dekabr 2024 Azərbaycanda siyasi partiyalara maliyyə yardımı artırılır
14 Dekabr 2024 Zamindən xəbərsiz kredit məbləği artırıla bilər?
13 Dekabr 2024 "Yelo Bank”da 516 milyonluq depozit yoxa çıxdı
13 Dekabr 2024 Azərbaycanda məmurdan inanılmaz fırıldaq
13 Dekabr 2024 Onlara da əmək pensiyası veriləcək
11 Dekabr 2024 Minsk diplomata edilən 100 minlik təklifə reaksiya verdi
11 Dekabr 2024 Universitetlərimiz reytinqdə niyə yüksələ bilmir?
10 Dekabr 2024 Sevindirici xəbər: Pensiya kapitalını birdəfəlik ala bilərsiniz
06 Dekabr 2024 Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdı
06 Dekabr 2024 “Bank Respublika” “2025-ci il üçün 25% endirim” kampaniyasına start verdi