Neft qiymətlərinin tezliklə 100 dollara çatması inandırıcı deyil.
Axar.az xəbər verir ki, bunu Rusiyanın energetika naziri Nikolay Şulqinov deyib. O, neft qiymətlərinin yaxın 2-3 ildə 50-60 dollar təşkil edəcəyini bildirib.
Şulqinov uzaq perspektiv üçün qiymətlərin 70 dollara qədər bahalaşa biləcəyini, amma enerji keçidi ilə (alternativ enerjiyə keçid) bağlı hələ də qeyri-müəyyənliyin olduğunu söyləyib.