Dünya birjalarında neft qiymətləri bahalaşmaqda davam edir.
“Qafqazinfo” xəbər verir ki, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 4,82 % bahalaşaraq 30,88 dollardan satılır.
ABŞ-ın “West Texas Intermediate” (WTI) markalı neftinin bir barrelinin qiyməti isə 4,54 % artaraq 24,62 dollar səviyyəsində qərarlaşıb.