Bunu açıqlamasında deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, nəzərə alsaq ki, Bloomberg də növbəti aylarda neftin 20-30 dollar arasına qərarlaşacağını proqnozlaşdırır.
“Bu baxımdan büdcəyə dəyişiklik olacaqsa neftin qiyməti nəzərə alınmaqla büdcənin gəlirlər hissəsi proqnozlaşdırılması həyata keçiriləcək. Bütün hallarda 2020-ci il dövlət büdcəsinə dəyişiklik və əlavələr edilməsi ilə bağlı qərar veriləcəksə, o zaman neftin büdcədəki qiymətinə baxılacağı gözlənilir”- V. Bayramov bildirib.