Branson böhranı Türkiyəyə spekulyativ hücum üçün fürsət gözləyən beynəlxalq sərmayəyə istədiyi şəraiti yaratdı.

 

Axar.az xəbər verir ki, bunu “Cümhuriyyət” qəzetinə müsahibəsində türkiyəli iqtisadçı Barış Soydan deyib.

“Lirənin gözlənilmədən ucuzlaşmasının iki səbəbi var. Bunlar kəskin və struktur səbəblərdir. Kəskin səbəb ABŞ-la mövcud olan Branson böhranıdır. Xronik səbəblər isə cari kəsir və inflyasiyadır. Türkiyənin cari kəsirinin ümumdaxili məhsula nisbəti 6,5% miqdarındadır. Bu göstərici 5%-i keçdikdə böhran xəbərdarlığı kimi qəbul edilir. Cari kəsiri xaricdən aldığımız borcla bağladığımızı bilməyən yoxdur. Bunun üzərinə bir də özəl sektorun 337 milyard dollarlıq borcunu da əlavə edin. Struktur problemləri olmasaydı, keşiş Branson böhranı lirənin bu qədər ucuzlaşmasına səbəb olmazdı. Demək ki, problem cari kəsir və inflyasiyadır. Cari kəsir və inflyasiyanın arxasında isə iqtisadiyyatın həddən artıq qızması dayanır. İqtisadiyyat qaynadıqdan sonra daxili tələbat və idxalat partladı. İdxalat partlayanda cari kəsir sürətlə böyüyür. Bəs iqtisadiyyat niyə həddən artıq qızdı? Ona görə ki, 2017-ci il referendumundan öncə paylanılan KGF kreditləri və açıqlanan vergi endirimləri tələbatı alovlandırdı. Mərkəzi Bankın inflyasiyadakı artımı kompensasiya edəcək faiz artımlarına getməkdən imtina etməsi situasiyanı daha da gərginləşdirdi. Faiz artmayınca xarici investor inflyasiya ucbatından Türkiyə istiqrazlarından zərər görməyə başladı”, - Soydan bildirib.

Onun sözlərinə görə, Türkiyə yaranan böhranı aradan qaldırmaq üçün müəyyən ixtisarlara getməli olacaq:

“Branson böhranının düzələcəyinə ümid edirəm və ya ümid etmək istəyirəm. Əgər bu problem həll edilsə, struktur problemləri ilə qarşı-qarşıya qalacağıq. Cari kəsir və inflyasiyanı aşağı salmaq üçün iqtisadiyyat soyudulmalıdır. İqtisadiyyatı soyutmaq vergi endirimlərini ləğv etmək və dövlət xərclərini azaltmaq deməkdir. Bu, həmçinin, böyük layihələrin dayandırılması və təəssüf ki, yeni vergilərin qoyulması ilə müşahidə edilir. Üstəlik, təhsilə, səhiyyəyə ayrılan vəsait də azaldılacaq. Yəni “BVF-siz (Beynəlxalq Valyuta Fondu) BVF proqramı” və ya sabitlik proqramı qapımızın ağzını kəsdirir. Sual odur ki, iqtidar yerli idarəetmə strukturlarına seçki ərəfəsində buna gedərmi? Məncə, yox. Əsas ssenaridə Branson böhranı kimi kəskin problemlər həll edilər bilər, amma kritik problemlər davam edəcək. Optimist ssenaridə hər iki istiqamətdə problemlər həll ediləcək, pessimist ssenaridə isə hər iki istiqamətdə də addımlar atılmayacaq.

Branson böhranı davam etdikcə bazarlardakı qeyri-stabillik və spekulyatik hücumlar davam edəcək”.

İqtisadçı dolların bahalaşmasının təkcə Türkiyə ilə bağlı olmadığını, əksər inkişafda olan ölkələrə təsir edəcəyini deyib:

“Lirənin ucuzlaşmasının Avropa və ABŞ birjalarına təsirinə gəlincə isə bu, dərin məsələdir. ABŞ 2008-ci il böhranının 1929-cu il böhranına dönməsinin qarşısını almaq üçün aşağı faiz və ucuz pul siyasəti yürütdü. Vaşinqton indi faizləri mərhələli şəkildə artıraraq, bu siyasətini bitirir. Ucuz pul dönəmində Türkiyənin də içində olduğu inkişaf olan ölkələrə axan isti pulun bir qismi artıq öz evinə, yəni ABŞ-a dönür. Dolayı yolla, sadəcə, Türkiyə yox, əksər inkişafda olan ölkələr təhdidlə üz-üzədirlər”.

15 Aprel 2025 Büdcəyə 100 milyon manat vəsait bərpa olundu
26 Mart 2025 İran rialı dollar qarşısında tarixi minimuma düşdü
24 Mart 2025 Limon bahalaşacaq? - VİDEO
10 Mart 2025 Bu təqaüdlər də artırıldı: yeni artımlar da olacaq
08 Mart 2025 Azərbaycanda kartof bahalaşdı
03 Mart 2025 Bu şəxslərə birdəfəlik 1200, aylıq 250 manat ödəniləcək
24 Fevral 2025 Qarlı hava Azərbaycan iqtisadiyyatını da vurdu?
14 Fevral 2025 Avro və rubl manata qarşı bahalaşdı
05 Fevral 2025 Özümüz kərə yağı alırıq, Rusiyaya isə min ton satırıq?
04 Fevral 2025 Banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrıldı
29 Yanvar 2025 Mal və quzu əti yenidən bahalaşıb - VİDEO
27 Yanvar 2025 Ət yenidən BAHALAŞDI
24 Yanvar 2025 Azərbaycanda bu şəxslərin maaşı 90% artırıldı
23 Yanvar 2025 Qonşu ölkədə dollar kəskin bahalaşdı
22 Yanvar 2025 Gələn aydan bu müavinətin məbləği də artırılır
13 Yanvar 2025 Samir Şərifov daha bir vəzifəsini itirəcək
29 Dekabr 2024 Bu funksiyalar SOCAR-a ötürüləcək
29 Dekabr 2024 Yeni dövlət rüsumları müəyyənləşir
29 Dekabr 2024 Əvvəl 50 qəpik idi, indi 5 manat oldu - Açıqlama
23 Dekabr 2024 “Rabitəbank”dan yenilik, taksit funksiyalı Kartmane kartı
16 Dekabr 2024 Azərbaycanda siyasi partiyalara maliyyə yardımı artırılır
14 Dekabr 2024 Zamindən xəbərsiz kredit məbləği artırıla bilər?
13 Dekabr 2024 "Yelo Bank”da 516 milyonluq depozit yoxa çıxdı
13 Dekabr 2024 Azərbaycanda məmurdan inanılmaz fırıldaq
13 Dekabr 2024 Onlara da əmək pensiyası veriləcək
11 Dekabr 2024 Minsk diplomata edilən 100 minlik təklifə reaksiya verdi
11 Dekabr 2024 Universitetlərimiz reytinqdə niyə yüksələ bilmir?
10 Dekabr 2024 Sevindirici xəbər: Pensiya kapitalını birdəfəlik ala bilərsiniz
06 Dekabr 2024 Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdı
06 Dekabr 2024 “Bank Respublika” “2025-ci il üçün 25% endirim” kampaniyasına start verdi