Bu sanksiyaların bu günədək tətbiq olunanlar arasında ən sərt sanksiyalar olacağı gözlənilir. Çünki Rusiyanın ən aparıcı sektoru, iqtisadiyyatının qan-damar sistemi məhz energetika sahəsidir.

 

Bu sözləri Axar.az-a iqtisadçı Natiq Cəfərli ABŞ Maliyyə Nazirliyinin Rusiyaya energetika sahəsində sanksiyaların necə tətbiq etməsi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. O bildirib ki, Rusiya iqtisadiyyatının böyük bir hissəsi qaz, enerji gəlirləri hesabına formalaşır:

“Sanksiyaların tətbiqi ən azından yeni texnologiyaların, enerji sahəsində böyük yatırımların Rusiya bazarına daxil olmasına mane olacaq. Bu da energetika sektorunda bir neçə ildən sonra daha ciddi problemlərin yaranmasına yol açacaq. Doğrudur, sanksiyaların Rusiya iqtisadiyyatına təsir etməsi bir az zaman alacaq. Ancaq yeni texnologiyaların alınmasında və yeni layihələrin işlənməsində bu məsələ daha çox hiss ediləcək”.

İqtisadçı qeyd edib ki, amma Rusiya tərəfinin də bu sanksiyalara qarşı öz alternativ planları olduğu görünür:

“Rusiya yaxın zamanda texnologiyalarla bağlı Çinlə əməkdaşlıq edəcəklərini və bu sahədə olan boşluqları doldurmağa çalışacaqlarını açıqlayıb. Məhz buna görə Rusiya Baş naziri Dmitri Medvedyev Pekinə rəsmi səfərə gedib. Orada bu məsələ ilə bağlı ciddi danışıqlar aparacağı gözlənilir”.

İqtisadçı vurğulayıb ki, Rusiya iqtisadiyyatında vəziyyət onsuz da yaxşı deyil:

“Həm enerji daşıyıcılarının qiymətinin düşməsi, həm sanksiya rejiminin 3 ilə qədər davam etməsi ilə əlaqədar iqtsadiyyatda ciddi problemlər yaşanıb. Bu sanksiyalar dərinləşdikcə gələcəkdə növbəti addım kimi maliyyə-bank sektoruna da sanksiyaların tətbiq edilməsi gözlənilir. Bu da baş versə, təbii ki, Rusiya iqtisadiyyatına böyük zərbə vurulmuş olacaq. Bazar oyunçuları da artıq bunu hiss edir. Təsadüfi deyil ki, son günlər neftin qiymətinin 60 dollara kimi qalxmasına baxmayaraq, rubl dollar qarşısında dəyərdən düşür. Bu da indiyə kimi görülməyən bir hadisədir. Çünki hər zaman neft bahalaşan kimi rubl da möhkəmlənirdi və rubla iqtisadi termin kimi “kağız neft” deyilirdi. Bu onu göstərir ki, bazar oyunçuları bu sanksiyaların Rusiya iqtisadiyyatına daha ciddi təsir etməsi və problemlərin yaşana biləcəyi ehtimalını nəzərdə tutaraq, əllərində olan aktivləri satmağa və onları dollara çevirməyə başlayıblar. Çünki hazırda Rusiyada dollara təlabat artır. Bunun nəticəsi olaraq da rubl dəyərdən düşür”.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Rusiyaya energetika sahəsində sanksiyaların necə tətbiq olunacağını açıqlayıb. Yeni sanksiyalara Rusiyanın potensial neft hasil etdiyi layihələr, eləcə də dəniz sularında Moskvanın gerçəkləşdirdiyi bütün neft layihələrinin məruz qalacağı bildirilib.

15 Aprel 2025 Büdcəyə 100 milyon manat vəsait bərpa olundu
26 Mart 2025 İran rialı dollar qarşısında tarixi minimuma düşdü
24 Mart 2025 Limon bahalaşacaq? - VİDEO
10 Mart 2025 Bu təqaüdlər də artırıldı: yeni artımlar da olacaq
08 Mart 2025 Azərbaycanda kartof bahalaşdı
03 Mart 2025 Bu şəxslərə birdəfəlik 1200, aylıq 250 manat ödəniləcək
24 Fevral 2025 Qarlı hava Azərbaycan iqtisadiyyatını da vurdu?
14 Fevral 2025 Avro və rubl manata qarşı bahalaşdı
05 Fevral 2025 Özümüz kərə yağı alırıq, Rusiyaya isə min ton satırıq?
04 Fevral 2025 Banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrıldı
29 Yanvar 2025 Mal və quzu əti yenidən bahalaşıb - VİDEO
27 Yanvar 2025 Ət yenidən BAHALAŞDI
24 Yanvar 2025 Azərbaycanda bu şəxslərin maaşı 90% artırıldı
23 Yanvar 2025 Qonşu ölkədə dollar kəskin bahalaşdı
22 Yanvar 2025 Gələn aydan bu müavinətin məbləği də artırılır
13 Yanvar 2025 Samir Şərifov daha bir vəzifəsini itirəcək
29 Dekabr 2024 Bu funksiyalar SOCAR-a ötürüləcək
29 Dekabr 2024 Yeni dövlət rüsumları müəyyənləşir
29 Dekabr 2024 Əvvəl 50 qəpik idi, indi 5 manat oldu - Açıqlama
23 Dekabr 2024 “Rabitəbank”dan yenilik, taksit funksiyalı Kartmane kartı
16 Dekabr 2024 Azərbaycanda siyasi partiyalara maliyyə yardımı artırılır
14 Dekabr 2024 Zamindən xəbərsiz kredit məbləği artırıla bilər?
13 Dekabr 2024 "Yelo Bank”da 516 milyonluq depozit yoxa çıxdı
13 Dekabr 2024 Azərbaycanda məmurdan inanılmaz fırıldaq
13 Dekabr 2024 Onlara da əmək pensiyası veriləcək
11 Dekabr 2024 Minsk diplomata edilən 100 minlik təklifə reaksiya verdi
11 Dekabr 2024 Universitetlərimiz reytinqdə niyə yüksələ bilmir?
10 Dekabr 2024 Sevindirici xəbər: Pensiya kapitalını birdəfəlik ala bilərsiniz
06 Dekabr 2024 Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdı
06 Dekabr 2024 “Bank Respublika” “2025-ci il üçün 25% endirim” kampaniyasına start verdi