Federal Ehtiyat Sistemi (FES) qərar qəbul edərkən həm qlobal sferada, həm də ABŞ iqtisadiyyatında baş verən fundamental trendləri nəzərə alır. Son iki rübdə ABŞ iqtisadiyyatı ilə bağlı göstəricilər müsbət deyil.

 

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, FES-in uçot dərəcəsini artırması prosesində müəyyən problemlər ortaya çıxa bilər:

“Bu, investorlarda daha çox sentyabr toplantısında uçot dərəcəsinin artırılmaması qənaətini formalaşdırıb. Ancaq FES 2017-ci ildə nəzərdə tutulan üç dəfə uçot dərəcəsinin artırılması öhdəliyini yerinə yetirəcək. Bunun ikisi baş verib, üçüncünü isə böyük ehtimalla, dekabrda, son toplantıda müşahidə edəcəyik. Çünki FES-in uçot dərəcəsini artırmasına inflyasiya və digər iqtisadi parametrlər neqativ təsir göstərsə də, digər tərəfdən dolların xarici valyutalara qarşı mövqeyinin sürətlə zəifləməsini müşahidə edirik. Dollar təkcə 3 ayda avroya qarşı 12-13 faiz ucuzlaşıb, eyni zamanda, son günlərdə Kanada dollarına qarşı da ucuzlaşır. Bu həm xarici ticarət balansında özünü göstərəcək, həm də dünya ölkələrinin Mərkəzi Banklarının yığım siyasətini yeniləməsi istiqamətində trendi tətikləyəcək. Onlar öz yığımlarında dolların həcmini azaldıb, digər valyutalara yatırımları çoxalda bilərlər ki, bu da dolların mövqeyini zəiflədər. Düşünürəm ki, FES üzvləri bu məqamı nəzərə alacaq və böyük ehtimalla, dekabrda dollara qlobal səviyyədə etimadı müəyyən qədər bərpa etmək məqsədilə uçot dərəcəsini artıracaq”.

Ekspertin fikrincə, FES-in uçot dərəcəsini artırması məzənnədə ciddi rol oynamayacaq:

“Hazırda məzənnənin dəyişikliyinə təsir edən əsas faktor ABŞ-ın yeni administrasiyasının investor inamının zəif olması və vəd edilən planların icrasında ciddi problemlərin ortaya çıxmasıdır. Ancaq FES-in vəd etdiyi digər bir məqam da aktivlərin həcmini artırmasıdır. Çox güman ki, dekabr toplantısında bununla bağlı mesajlar veriləcək və 2018-ci ilin əvvəlindən etibarən isə aktivlərin azaldılması prosesi başlayacaqdır ki, bu da dolların məzənnəsini müəyyən qədər dəstəkləyəcək”.

R.Həsənov dünya bazarında neftin qiymətində nəzərə çarpan dəyişiklikləri də dəyərləndirib:

“Ümumiyyətlə, dolların ucuzlaşması neftin qiymətinin bahalaşmasını şərtləndirir. Ancaq son dövrlərdə qlobal bazarların dinamikasına diqqət yetirsək, bəzi hallada dolların ucuzlaşması ilə neftin də ucuzlaşmasını müşahidə edirik. Neftin qiymətinə daha çox OPEK ölkələrinin davranışları, o cümlədən, ABŞ-da şist neft istehsalının dinamikasında baş verənlər təsir edir. Son günlərdə qiymətlər artıb. Təbii ki, burada Harvi qasırğası da öz rolunu oynadı. Buna baxmayaraq, 2017-ci ilin sonuna qədər neftin orta qiymətinin 55 dolların aşağısında olma ehtimalı daha çoxdur”.

Məsələyə Azərbaycan prizmasından yanaşan ekspert bu qiymətlərin indiki halda Bakının maraqlarına uyğun olduğunu qeyd edib:

“Hazırkı maliyyə ilində neftin qiymətinin 40 dollardan götürülməsi, strateji valyuta ehtiyatlarının həcmində təxminən 3 milyarddan artıq artımın baş verməsi, tədiyyə və ticarət saldosunda müsbət toksitin yaranması və növbəti aylarda da 50 dolların üzərində neft satışı ölkənin mövqeyini daha da gücləndirməklə manatın hazırkı məzənnəsinin dayanıqlılığını təmin etməyə kömək edəcək”.

Qeyd edək ki, FES-in Dallas üzrə rəhbəri Robert Kaplan faiz artımı məsələsində səbirli olmağın vacibliyini bildirib. O, faiz artımını dəstəklədiyini, lakin bunun inflyasiya səviyyəsinin necə dəyişəcəyindən asılı olacağını deyib.

15 Aprel 2025 Büdcəyə 100 milyon manat vəsait bərpa olundu
26 Mart 2025 İran rialı dollar qarşısında tarixi minimuma düşdü
24 Mart 2025 Limon bahalaşacaq? - VİDEO
10 Mart 2025 Bu təqaüdlər də artırıldı: yeni artımlar da olacaq
08 Mart 2025 Azərbaycanda kartof bahalaşdı
03 Mart 2025 Bu şəxslərə birdəfəlik 1200, aylıq 250 manat ödəniləcək
24 Fevral 2025 Qarlı hava Azərbaycan iqtisadiyyatını da vurdu?
14 Fevral 2025 Avro və rubl manata qarşı bahalaşdı
05 Fevral 2025 Özümüz kərə yağı alırıq, Rusiyaya isə min ton satırıq?
04 Fevral 2025 Banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrıldı
29 Yanvar 2025 Mal və quzu əti yenidən bahalaşıb - VİDEO
27 Yanvar 2025 Ət yenidən BAHALAŞDI
24 Yanvar 2025 Azərbaycanda bu şəxslərin maaşı 90% artırıldı
23 Yanvar 2025 Qonşu ölkədə dollar kəskin bahalaşdı
22 Yanvar 2025 Gələn aydan bu müavinətin məbləği də artırılır
13 Yanvar 2025 Samir Şərifov daha bir vəzifəsini itirəcək
29 Dekabr 2024 Bu funksiyalar SOCAR-a ötürüləcək
29 Dekabr 2024 Yeni dövlət rüsumları müəyyənləşir
29 Dekabr 2024 Əvvəl 50 qəpik idi, indi 5 manat oldu - Açıqlama
23 Dekabr 2024 “Rabitəbank”dan yenilik, taksit funksiyalı Kartmane kartı
16 Dekabr 2024 Azərbaycanda siyasi partiyalara maliyyə yardımı artırılır
14 Dekabr 2024 Zamindən xəbərsiz kredit məbləği artırıla bilər?
13 Dekabr 2024 "Yelo Bank”da 516 milyonluq depozit yoxa çıxdı
13 Dekabr 2024 Azərbaycanda məmurdan inanılmaz fırıldaq
13 Dekabr 2024 Onlara da əmək pensiyası veriləcək
11 Dekabr 2024 Minsk diplomata edilən 100 minlik təklifə reaksiya verdi
11 Dekabr 2024 Universitetlərimiz reytinqdə niyə yüksələ bilmir?
10 Dekabr 2024 Sevindirici xəbər: Pensiya kapitalını birdəfəlik ala bilərsiniz
06 Dekabr 2024 Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdı
06 Dekabr 2024 “Bank Respublika” “2025-ci il üçün 25% endirim” kampaniyasına start verdi