Son xəbərlər

 

Azərbaycan neftinin dünya birjasında bahalaşması ölkənin xarici borclarında rəqəm dəyişikliklərinə səbəb ola bilər.

 

Bu sözləri iqtisadçı Natiq Cəfərli Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının xarici dövlət borcu ilə bağlı açıqlaması haqda Axar.az-a danışarkən deyib. Onun sözlərinə görə, Azərbaycanın götürdüyü borcun artıq istifadə edilmiş hissəsi qeyd olunub:

“Azərbaycanın birbaşa dövlət zəmanətilə aldığı borclar var. Azərbaycan il ərzində bir neçə böyük borc müqaviləsi imzalayıb. Bu borc müqavilələri realizə olunmadığı üçün Maliyyə Nazirliyi onu rəsmi şəkildə qeydiyyatdan keçirməyib. Azərbaycanın rəsmi borcunun ümumdaxili məhsula olan nisbəti 18,9% təşkil edirsə, bu rəqəmlərin dəyişilməsi gözlənilir”.

Ekspert bildirib ki, Azərbaycan neftinin qiymətinin kəskin dəyişməsinin səbəbləri var:

“Azərbaycan neftinin qiyməti son zamanlar çox dalğalıdır. 2 həftə əvvəl 49 dollara qədər ucuzlaşmışdı. Hazırda bu qiymət 52-54 dollar təşkil edir. Qiymətin dəyişməsinin əsas səbəblərindən biri dünya birjasında dolların qiymətinin ucuzlaşması olub. Dolların ucuzlaşması neftin qiymətinə birbaşa təsir edən amildir.

Dünyada nə qədər yazılı və ya şifahi bəyanatlar verərək neftin qiymətini kəskin artırmaq istəsələr də, bu, alınmır. Çünki Amerikadakı neft hasilatının artması qiymətlərə ciddi təsir göstərir. Ancaq Azərbaycan neftinin kəskin ucuzlaşmasını yaxın bir neçə il ərzində gözləmək düzgün deyil”.

Qeyd edək ki, Maliyyə Nazirliyindən verilən məlumata görə, 1 iyul 2017-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 7 mlrd. 172,6 mln. ABŞ dolları (12 mlrd. 208,5 mln. manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 18,9% təşkil edib. Azərbaycan neftinin qiyməti avqustun 23-də 54,12 dollar/barrel təşkil edib ki, bu da ötən çərşənbə axşamına olan göstəricidən 0,16 dollar/barrel çoxdur.

21 Noyabr 2024 Uşaqlar üçün yaşayış minimumu artırıldı
19 Noyabr 2024 Nazirdən maaş və pensiya artımı ilə bağlı açıqlama
18 Noyabr 2024 Azərbaycan bu istiqamətə 17 milyard ayıracaq
18 Noyabr 2024 İlin sonuna inflyasiya nə qədər olacaq? – AMB sədri
11 Noyabr 2024 Azərbaycanda bu məhsul kəskin bahalaşdı - Video
06 Noyabr 2024 Trampın qalib gəlməsi ilə İran rialı çökdü
28 Oktyabr 2024 Ət ucuzlaşacaq? - VİDEO
25 Oktyabr 2024 18 təqaüdçüyə 1 milyon vəsait xərclənəcək
21 Oktyabr 2024 Ölkəmizdə kərə yağı kəskin bahalaşdı
18 Oktyabr 2024 Nazirlik açıqladı: Yaxın 4 ildə əhalinin gəlirləri...
11 Oktyabr 2024 Müştərilər bu bankdan pullarını geri götürür
11 Oktyabr 2024 Unibank üçüncü rübün maliyyə nəticələrini açıqlayıb
11 Oktyabr 2024 Satışdakı keyfiyyətsiz yağlar HANSILARDIR? – MÜHÜM AÇIQLAMA
10 Oktyabr 2024 Pensiya alanlara şad xəbər
09 Oktyabr 2024 Onların pensiyası bu halda avtomatik dayandırılacaq
07 Oktyabr 2024 Bakı COP29-la bağlı bu xərcləri də üzərinə götürür
07 Oktyabr 2024 Maliyyə piramidası TƏLƏSİ: Minlərlə insanı necə tora salırlar? - VİDEO
03 Oktyabr 2024 Onlara maaşının 6 misli məbləğində müavinət veriləcək
23 Sentyabr 2024 5 yaşadək uşaqlara 150 manat verilsin!
19 Sentyabr 2024 Azərbaycanda təmizlik vasitələri bahalaşdı - VİDEO
19 Sentyabr 2024 İran iqtisadiyyatı iki dəfə kiçilib
19 Sentyabr 2024 Ölkəmizdə yağ niyə kəskin bahalaşdı?
19 Sentyabr 2024 Kredit ödəyəndə diqqət edin: “MilliÖn” faiz tutur
19 Sentyabr 2024 Bu yağlar kəskin bahalaşdı
18 Sentyabr 2024 Azərbaycanda orta aylıq maaş 1326 manat olacaq
18 Sentyabr 2024 Ətin kəskin şəkildə bahalaşmasının səbəbi - Video
13 Sentyabr 2024 Rusiya pul siyasətini sərtləşdirir: faizlər artdı
12 Sentyabr 2024 Kərə yağının bahalaşmasının səbəbi - Video
11 Sentyabr 2024 Yaşa görə müavinət alanlara sevindirici xəbər
10 Sentyabr 2024 AMB-nin “Nağd pul ofisi” fəaliyyətini dayandırır